Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sirli “ZN Trade“ yenə qalib seçildi -Şirkəti agentliklə nə bağlayır?

bitmap-img6

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi "ZN Trade” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 
Yenixeber.org: Şirkət Agentliyin dəftərxana mallarının satın alınması ilə bağklı keçirdiyi satınalma müsabiqəsinin qalibi seçilib.  Bağlanacaq müqavilənin maliyyə dəyəri 73 380,83 manatdır. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ZN Trade" MMC 09 sentyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Oksigen küçəsi, ev 3/8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Kərimov Nüsrəddin Yolçu oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Məlum olan odur ki, şirkət yarandıqdan qısa müddət sonra tender kralına çevrilib. 
"ZN Trade” əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin keçirdiyi tenderlərin qalibi olur. 
Bu tenderlərə nəzər saldıqda aydın olur ki, şirkət reablitasiya məhsullarından tutmuş dəftərxana ləvazimatlarına qədər ən müxtəlif malların satışını həyata keçirir. 
Şirkətin vaxtaşırı Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin keçirdiyi tenderlərin qalibi seçilməsi güclü himayədarlarının olması ilə izah edilir. Bu sırada Agentliyin keçmiş sədri, hazırda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyən Anar Bayramovun adı çəkilir. Mediada bu barədə dəfələrlə yazılıb və bu iddialar indiyədək təkzib edilməyib.(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam