Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-DETALLAR

media-722


Rusiya vətəndaşı olan Arzu Sadıqova “Mərcan” klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.

media-mer

Yenixeber.org: Bu barədə vəfat edən pasientin yaxınları anews.az-a şikayətində bildirib.“Arzu Sadıqova Rusiya vətəndaşıdır. Bakıda olarkən bir neçə gün öncə- iyunun 12-də Mərcan klinikasında abdominoplastika əməliyyatı keçirib. Bir gün sonra halı pisləşib yenidən əməliyyata salıblar. Qanaxmaya düşən bacım elə orada ölüb. Bacımın heç bir xəstəliyi olmayıb. Sadəcə həkim səhlənkarlığı ucbatından ölüb”, – pasientin bacısı bildirib.

“Mərcan” klinikasından bildirildi ki, məsələ ilə bağlı klinikanın mövqeyi olduğu təqdirdə əlavə məlumat veriləcək. Klinikadan qeyd olunub ki, ekspertiziya rəyi açıqlandıqdan sonra açıqlama veriləcək.

media-nezr

Qeyd edək ki, burun çəpərinə görə  “Mərcan Medicare” klinikasında  Sənan Mehdiyev tərəfindən əməliyyat olunan 31 yaşlı Nəzrin Mansurova vəfat edib.  Doğrudur Sənan Mehdiyev məsuliyyətə cəlb olunub.

media-nermin

Lakin daha öncə də  bu klinikada   2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızı əməliyyatdan sonra vəfat edib.

Daha nə qədər xəstə ölməlidir ki,   “Mərcan Medicare”  klinikası fəaliyyətində dönüş yaratsın?

           “Mərcan” klinikasının kimə məxsudur?

media-oqt

Bəzi mənbələr klinika keçmiş Milli Məclisin sədri Oqtay Əsədovun qızı Nərmin Əsədovaya məxsus olduğunu iddia etsələr də, bu məlumat təkzib olunmayıb.


Klinikanın rəhbəri isə anestezioloq-reanimatoloq Araz Ağayevdir. 2024-cü ilin dekabrında   Səhiyyə Nazirliyi araşdırma apararaq klinikanı cərimələmişdi.

Ümumiyyətlə, qarın gərmə və bədən şəkilləndirmə  əməliyyatların artması ilə bağlı narahatlıq doğuran hallar mövcuddur. Bu səbəbdən, əməliyyatlara maraq göstərən şəxslərin etibarlı və təcrübəli həkimlərə müraciət etmələri, əməliyyatların risklərini və mümkün fəsadlarını diqqətlə nəzərdən keçirmələri vacibdir deyə Səhiyyə Nazirliyində  əhaliyə çağırış olunub.(xalq.online)

Məsələ ilə bağlı araşdırmamız davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam