QAZİANTEP VƏ KİLİS 7 ARALIK UNİVERSİTETLƏRİNDƏ “XOŞ GƏLDİN XIDIRƏLLƏZ” ADLI TƏDBİR AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞININ TƏNTƏNƏSİ İDİ- FOTOLAR
Türk Dünyasının ortaq mənəvi dəyərlərindən biri də təbiətin oyanışını, dirilişini, bin-bərəkətin yaranışının təməl simgəsi Novruz bayramı və Xıdırəlləz bayramıdır.
Yenixeber.org: Fərqli təqvimlərdə 21 martda Novruz, Azərbaycanda 6 həftə öncə isə bolluq, bərəkət rəmzi olan Xıdırəlləz bayramının gəlişi qeyd edilir xalqımız arasında. Bu rəqəm Türkiyədə uzun illərdir, türk təbiri ilə may ayının 5-də “kutlanır”. Məhz diləklər tutulur axır çərşəmbədə olduğu kimi, insanların qəlbində mərhəmət duyğusu daha çox tüğyan edər bu mübarək günlərdə. Xızır və İlyas peyğəmbərin yer üzündə görüşünün əlaməti kimi, insanların mənəvi yardımına gələr uğurlu qədəmləri ilə. Qaziantep universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında sənətşünas alim Nəslihan Ərtural xocanın təşəbbüsü ilə keçiriləcək bu tədbirin musiqi hissəsinin təşkilində bu sətirlərin müəllifinə müraciət edərkən təmənnasız yardım üçün söz verdim. Bu səbəblə də mütəmadi olaraq məşqlərə başladıq. Magistr tələbəm Eda Kürümlüoğlu açılış nitqindən sonra tar müşayiətimlə musiqisi Ələkbər Tağıyevə, sözləri Zivər Ağayevaya aid olan “Mən Baharın qızıyam” adlı Azərbaycan mahnısını oxuyacağı ilə repertuarını təqdim etdi. Digər 3 kurs tələbələrim, Güneydoğu bölgəsində səs yarışının qalibi olmuş Həvva Köroğlu və Zeynəb Bağcı isə musiqisi Məmmədbağır Bağırzadəyə aid olan “Ay saçı burma” və sözləri Teymur Elçinə musiqisi Fikrət Əmirova aid olan “Bayram gəlir elimə” adlı əsərini Azərbaycan şivəsinə xələl gəlməmək şərti ilə sərrast oxuması üçün bu mahnıların üzərində çox ciddi çalışdıq. Ən son 4-cü musiqi nömrəsi isə sözləri Fikrət Qocaya, musiqisi isə Ramiz Mirişliyə aid olan “Bayram axşamlarında” adlı bəstə idi. Türkiyədə bir həftə öncə Qaziantepdə Mustafa Akkayanın ilk dəfə bağladığı Azərbaycan aşıq sazını, məhz “Xoş gəldin Xıdırəlləz” adlı şənlik şərəfinə hazırlayıb, “Xıdırəlləz sazı” adını qoyduğumuz bu alət ilə səsləndirilməklə bizim bölüm yekunlaşmalı idi. Hətta səhnəyə giriş çıxış və qiyafətlə bağlı məşvərət keçrdik. Nəhayət son qərar ərəfəsində məşqlərin birində əməlisaleh insan Kilis 7 aralık universitetinin müəllimi, psixologiya elmləri namizədi Aykutxan Ulusuoy otağımıza
(Sağdan sola) Aykutxan Ulusoy, İlqar Cəmiloğlu, Əli İmamverdi
təsadüfən təşrif gətirməsi ilə musiqinin motiflərindən heyrətləndiyini etiraf etdi. Nə üçün məşq etdiyimizi bidikdən sonra qeyri-iradi “Xıdırəlləz” bayramı münasibəti ilə bu mərasiminin Kilis universitetində də keçirilməsi arzusunda olduğunu bildirdi. Bu xoş məram sayəsində konservatoriyamızın müdiri Adil Çete ilə Aykutxan xocanı tanış etmək ehtiyacı hiss etdim. Və müdirlik məqamında hər iki alim görüşdükdən sonra Qaziantep Konservatoriyası ilə Kilis 7 aralık universiteti arasında mədəni-mənəvi körpünün təməlləri atılmış oldu. Qərar əsasında da 7 may tarixində öncə Gaziantep Universiteti “Mavera” kongre və sənət mərkəzi”nin “Turkuaz” salonunda, 8 may tarixində isə Kilis universitetinin Rektorluq konfrans salonunda gerçəkləşdi. Və bu səbəblə də hər iki universitetdə afişa hazırlandı.
Qaziantep və Kilis 7 aralık universitetində təşkil olunmuş “Xıdırəlləz” bayramı afişası
Yeri gəlmişkən üç hissədən ibarət konsert proqramında ilk 15 dəqiqəlik qismi tələbələrimə və mənim tar, saz alətində müşayiətimə aid idi.
(soldan sağa) Prof.Dr. İlqar Cəmiloğlu (tar və saz), Eda Kürümlüoğlu, Zeynəb Bağcı və Həvva Köroğlu
2-ci hissə konservatoriyamızın tar və bağlama müəllimi Yılmaz Yavuzun təşkil etdiyi ansambılın müşayiəti ilə Anadolu və Azərbaycan xalq mahnıları yer alırdı.
Yılmaz Yavuzun rəhbərliyi ansamblın müşayiəti ilə 3-cü kurs tələbə Hivda Taş C.Cahangirovun “Ay qız” adlı bəstəsini oxuyarkən.
Proqramın 3-cü bölümü, Nəslihan Ərtural xanımın təşkilatcılığı ilə rəqs musiqilərinə yer ayrılmışdı. Burada Türkiyənin fərqli coğrafiyasının rəqsləri hətta şamanlara məxsus “oyun göstəriləri” belə yer alırdı.
Nəslihan Ərturalın rəhbərliyi ilə Gaziantep Konservatoriyasının rəqs qurupu
(Sağdan sola) Qaziantep Konservatoriyanın müdiri Adil Çete, Prof.Dr. Zinnur Gərək,
müdür yardımçısı Ersin Yıldırımər, ümumi katib Aysel Akyılmaz Bayrak.
8 may 2025 tarixində Kilis 7 aralık universitetində təşkil olunan “Xoş gəldin Xıdırəlləz” tədbirində ali qurumun rektoru Prof.Dr. Zəkəriyə Akman yardımçıları daxil olmaqla, “İnsan və Cəmiyyət Elmləri” Dekanı Prof. Dr. Fatih Kanter, Kommunikasiya Fakultəsi Dekanı Prof. Dr. Öndər Karakoç, Ümumi katib Necdet Bozgeyik və yardımcısı Əli Gənc qatılmışdı.
Kilis 7 aralık universiteti rektoru Zəkəriyə Akman
Musiqi proqamı təqdim olunmadan öncə Prof.Dr. İlqar İmamverdiyev Qaziantep Universiteti ilə Kilis universitetinin “Xoş gəldin Xıdırəlləz” adlı bayram tədbiri ilə iki ali təhsil ocağının əlaqələrinin daha da artacağına ümid etdiyini bildirməklə, Azərbaycan-Türkiyə mədəni əlaqələrin daha da inkişaf etməsinin xoşməramlı əlaməti olduğunu çıxışında ifadə etdi. Tədbirin sonunda isə universitetin rəhbərliyi tərəfindən dəvətli müsafirlərə plaket təqdimi olundu.
Sənətşünaslıq Elmləri Doktoru
Qaziantep Universiteti Türk Musiqisi
Dövlət Konservatoriyasının professoru.
Türk Xalq Musiqisinə Xidmət mükafatcısı
8.05 – 2025