Redaktor seçimi
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Günün xəbəri

" Atasından küsənlər aramızdadır"

 
"Ər"sözü Fərhaddan, Şirindən gəlir,
Nizami yazıbdır öz əsərində.
"Sahnamə" yaradıb tarixdən gəlir,
 Deyibdir sözünü söz kəsərində.
                  *****
Ər sözü əz(i)mdir, cəsarət istər,
Fərhad tək, dağları, daşları yarsın!
Sevgini qəlbində əkib becərsə,
Məqsədə çatmağa fərasət istər.
                  *****
Var imiş tarixdə belə sevənlər,
Leylisiz səhra da, "məcnun"a dönüb.
 Eşqisiz həyata ölüm deyənlər,
Dəyişən zamansa, "məcun"a dönüb.
                 *****
Çevrilib baxarsaq bizim dövrana,
Sevgidən yorulan hələ yol gəlir.
" Tazıya tut deyən, qaçır dovşana"
Xəyanət sevgiyə necə bol gəlir.
                 *****
Ailələr dağılır uşaq ortada,
Görəsən, bu uşaq sifariş edib?
Atamda, anamda sən olmalısan!
Könlümün nisgili çən olmalısan?!
                 *****
Gəncləri dindirsək, nələr bilərik?
"Qaynana" yazığın adı hallanır.
Bəzisi söz tapmır hakimə desin,
Qızların çoxusu zülmə qatlanır.
                *****
Nəfsinə uyanlar Allahdan uzaq,
Meşşan həyat istər, "Ər deyim ona"?!
 Halalına şər atıb quracaq tuzaq,
Bəs necə, ər deyim axı mən ona?
                  *****
Tv-lər yüklənib itən, qaçanla,
Yoxdursa bir ibrət biz nəyə baxaq?
Süfrəmiz ortada dinlə aramla,
Nəsiyət deyilki, biz nəyi tapaq?
                  *****
Pozurlar əxlaqı tv- i proqram,
Qonaq olur evlərə başıpozuqlar.
Yaranır ortada çoxlu melodram,
Arvadı itmişlər, adı yozuqlar.
                *****
Biz hansı əxlaqdan sizə bəhs edək?
Azyaşlı qızları "ər"- ə verirlər.
Qız evdən qaçırsa, nəyi əks edək?
Körpəcə qızları şələ verirlər!
              *****
Dövranın başı var, ayağı itib,
 Dünyaya baxırsan, dünya dardadır.
Atanın, ananın dayağı itib,
Oğul, qız görəsən, kimi fırladır?!
                *****
Baxın siz, doludur " hüzur" evləri,
Gəlin, qız, oğullar baxmır anaya.
 Yaranıb nalədən hüzün evləri,
 Ürəklər daş olub yatmır anaya.
                 *****
Hardadır İslamın qayda- qanunu?
Allah sizə demədi, sevin Ananı!
İmanın var isə dinlə qanunu,
Sən niyə atırsan cana yananı?
                 *****
İslama xor baxan dövrana gəldik,
"Atasından küsənlər" aramızdadır.
İmansız yaşadıq cövlana gəldik,
Çürüyən hər toxum xətamızdadır.
                 *****
Yazıram fikrimi qələm inləyir,
İpliksiz könlümə iynələr batır.
Könlümün səsini qəlbim dinləyir,
Sözümün başında bir ASLAN yatır!
                   *****
Ayılsa bu ASLAN nələri deyər,
Yuxusu yozulmur necə görübsə;
Gözləri parıldar, susqun baxışla,
Ax...ax 
Anlayıb biləydiz kimləri yeyər!
Təranə Şəms. 8.06.2025

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam