Redaktor seçimi
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Günün xəbəri

TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar

TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? – Aslan İsmayılovdan sensasion açıqlamalar

Tanınmış hüquqşünas Aslan İsmayılov özünün “İnstagram” hesabında bu günlərdə biabırçı videosu yayılan Toğrul Allahverdiyev haqqında maraqlı yazı paylaşıb.

Yenixeber.org: “Bu günlərdə videosu yayılan üzdəniraqlardan kimlər ölkənin tanınmışları düzəldib?!” sərlövhəli yazını oxucularımıza təqdim edirik:

“Elə bir neçə gün öncə yazımda bildirmişdim ki, bu günə qədər mənə qarşı aparılan murdar qarayaxma kampaniyalarına yüzlərcə dəfə izahat vermişəm və axırıncı yazım da bu məzmunda sonuncudur. Ancaq son günlər yayılan biabırçı video bu mövzuya qayıtmağa məcbur etdi. Çünki söhbət artıq şəxsimdən yox, dəyərlərimizdən, küçə pozğunlarının hakimiyyət rəsmiləri tərəfindən cəmiyyətimizə “ictimai xadim”, “ekspert”, “Türk Dünyası fədailəri” kimi təqdim edilməsindən, belə pozğunları Prezidentin qarşısına çıxaranlardan gedir.

Təxminən 2017-2018-ci illərdə o vaxtkı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun birbaşa rəhbərliyi ilə ölkədə olan əxlaqdan uzaq əlatılarını üstümə göndərdilər. Adı çəkilənlər vəzifədən gedəndən sonra hesab etdim ki, bu murdarları ictimai həyatdan uzaqlaşdırılarlar və yeni gələn gənc komanda belə məxluqlarla işləməz. Həmin murdar tayfa ilə bağlı yeni gələn ən yüksək vəzifələr tutan, sırf bu sahəyə cavabdeh olan şəxslərə kimliklərini konkret faktlarla bildirmişəm. Əvəzində, təəssüflə bildirməliyəm ki, tam əksi ilə üzləşdim. Həmin tayfa nəinki uzaqlaşdırıldı, əksinə onlara olan dəstək daha da artırıldı, bu əxlaqsızları Prezident İlham Əliyevin qarşısına vətənpərvər, dövlət keşikçiləri kimi çıxardılar, onlara dövlət tərəfindən mənzillər, qrantlar, fəxri adlar, orden-medallar verildi. Bu əxlaqsızlardan biri də, şəxsən məni öz saytlarında, səhifələrində açıq şəkildə təhqir edən Toğrul Allahverdili adlı birisi idi.

Sizi əmin edirəm ki, yayılan biabırçı video aysberqin görünən az bir hissəsidir. Bu adını bir daha çəkmək istəmədiyim üzdəniraq, Prezident Administrasiyasının yetirməsi, “interpress.az” və “diaspor.az” media qurumlarının rəhbəri, “Azərbaycan-Türkiyə evi”nin icraçı direktoru, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri kimi tanınıb. Son olaraq “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri və "Biznes TV”-nin yeni direktoru kimi fəaliyyət göstərib. Kanal Azərbaycan Respublikası Audiovizual Şurasının qərarı ilə platforma yayımçısı lisenziyasını da alıb.

Son günlər onun yayılan videogörüntüləri bir daha məndə əminlik yaratdı ki, Allah böyükdür və hər kəsin bəlasını elə özünə layiq olduğu formada bu dünyada yetirir. Məni dəhşətə gətirən başqa faktdır ki, bu cür murdar, iyrənc adamları bu gün də rəhbərlikdə kimlər himayə edir və kimlər bu murdarları Azərbaycan dövlətinin adından danışdırır, Prezident İlham Əliyevin qarşısına çıxarır.

Bu günlər o sahəyə rəhbərlik edənlərin heç biri “xəbərimiz olmayıb” deməsin, çünki onların hər birinə bu murdarların kimliyini şəxsən bildirmişəm. Yayılan videolarla ifşa olunan heç də onlardan ən tanınmışı, vəzifəlisi deyil. Bu gün də cürbəcür resurslardan başqa, həm də yüksək vəzifə tutanları da var.

Aslan İSMAYILOV

Hüquqşünas


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam