Kiberhücumla əlaqədar sərnişin ödəniş sistemi şəhər meriyası tərəfindən müvəqqəti deaktiv edilib. Qeyd olunub ki, ictimai nəqliyyatda quraşdırılmış avadanlıqlara texniki dəstək “Bank of Georgia”nın podratçı şirkətləri olan “MS+” MMC və “Azri” MMC tərəfindən göstərilir və sözügedən şirkətlərin nümayəndələri problemlə əlaqədar operativ şəkildə işə başlayıb. Bu müddətdə ictimai nəqliyyatın sərnişinlərə ödənişsiz xidmət göstərəcəyi qeyd edilib.
İctimai nəqliyyata kiberhücum olub -kartla ödəniş terminalları deaktiv edilib

Tbilisinin ictimai nəqliyyatına kiberhücum olub.
Yenixeber.org: Məlumata görə, səhər saatlarında ictimai nəqliyyat vasitələrinə quraşdırılmış kartla ödəniş terminalları etirazçıların hakimiyyət və Rusiya əleyhinə şüarlarını, Gürcüstan himnini səsləndirməyə başlayıb.