Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan və BƏƏ qarşılıqlı investisiyaların artırılmasını nəzərdən keçirib -YENİLƏNİB

 

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qarşılıqlı investisiyaların artırılması imkanları nəzərdən keçirilib.

Yenixeber.org xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşündə aparlıb.

Görüşdə Azərbaycanla BƏƏ arasında dostluq və qardaşlıq əlaqələri vurğulanıb, iqtisadi-ticarət tərəfdaşlığının genişləndiyi qeyd olunub. BƏƏ-nin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların əhəmiyyəti diqqətə çatdırılıb.

Bildirilib ki, ölkəmizin əlverişli biznes mühiti, strateji coğrafi mövqeyi, zəngin resursları, həmçinin qeyri-neft sənayesinin sürətlə inkişafı investorlar üçün cəlbedici imkanlar yaradır. Bu imkanlardan səmərəli istifadə etməklə investisiya əlaqələrinin təşviqi, biznes subyektləri arasında tərəfdaşlığın genişləndirilməsi vacib əhəmiyyət kəsb edir.

Tərəflər iki ölkə arasında iqtisadi inteqrasiyanın daha da gücləndirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı investisiyaların artırılması imkanlarını nəzərdən keçiriblər. 

***

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qarşılıqlı investisiyaların artırılması imkanları nəzərdən keçirilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həssən Əl Suveydi ilə faydalı fikir mübadiləsi aparılıb.

“Ölkələrimiz arasında iqtisadi inteqrasiyanın daha da gücləndirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı investisiyaların artırılması imkanlarını nəzərdən keçirdik. Biznes subyektləri arasında tərəfdaşlığın vacibliyini vurğuladıq”, - deyə nazir qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam