Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Helikopterlərlə axtarışlar dayandırıldı - YENİLƏNİB (VİDEO)

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 6-nın cəsədi tapılaraq Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu və Xətai rayon şöbələrinə təhvil verilib.

Xeberinfo.com:   Məlumata görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Saat 20:00-a olan məlumata görə, xilasedicilər tərəfindən tapılan daha 4 neftçinin kimliyi müəyyənləşdirilib. Bunlar 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğludur. Hazırda neftçilərin meyitləri yaxınlarına təhvil verilir. Bundan öncə Tağıyev Fuad Tahir oğlu (23.02.1981) və Mahmudov Ağa İzzət oğlunun (24.03.1968) cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib" - deyə B.Ağarəhimov bildirib.

Baş mühəndis əlavə edib ki, mərhumlar sabah torpağa tapşırılacaq.

Onun sözlərinə görə, itkin düşmüş digər neftçilərin axtarışları davam edir: "Axtarışlar 7 gəmi ilə aparılır. Səhər açılan kimi helikopterlər də axtarışlara qoşulacaq".

B.Ağarəhimov deyib ki, itkin düşənlərin helikopter və dalğıclarla axtarışı hava qaranlıq olduğundan dayandırılıb.

B.Ağarəhimovun sözlərinə görə, yanğını söndürmək hələ də mümkün olmayıb, lakin bu istiqamətdə işlər davam etdirilir

                                                         ***

Xəbər verildiyi kimi "Günəşli” yatağında baş vermiş yanğın nəticəsində itkin düşən neftçilərdən 6-sı tapılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın verdiyi məlumata görə, daha dörd neftçinin şəxsiyyəti müəyyən olunub.

Həmin neftçilər aşağıdakılardır

Babayev Mikayıl İsmayıl oğlu - 52 yaş
Mayılov Samir Cahangir oğlu - 31 yaş
Quliyev Fəxrəddin Xancan oğlu - 58 yaş
İsgəndərov Habil Tağı oğlu - 55

Bu gün "Günəşli" yatağının 65-70 kilometrliyində FHN-in helikopteri tərəfindən 6 nəfərin meyiti tapılıb Onlardan Tağıyev Fuad Tahir oğlu (34) və Mahmudov Ağa İzzət oğlunun (47) cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib.

Xeberinfo.com "Günəşli" faciəsində itkin düşənlərin yenilənmiş siyasını təqdim edir: 


1 Qasımov İman Şura o. 01.12.1967

2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958

3 Rzaxanov Edik Rivazin o. 15.01.1983

4 Babazadə Tural Fətəli o. 01.09.1993

5 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953

6 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971

7 Qasımov Bayram Mirzəağa o. 20.03.1978

8 Abdullayev Adil Ələkbər o. 19,02,1953

9 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954

10 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973

11 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978

12 Niyazov Seyfəddin Abil o. 09.02.1968

13 İskəndərov İnqilab Osman o. 29.11.1957

14 Mayborda Oleq Akimoviç 21.11.1971

15 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962

16 İbrahimov Xalid Bəşir o. 12.08.1971

17 Həsənov Zaur Vahid o. 24.12.1975

18 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967

19 Hüseynov Bəhlul Sirac o. 25.11.1969

20 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981

21 Xəlilov Zaur Arif o. 15.09.1975

22 Sahmarov Sahib Güloğlan o. 02.08.1973

23 Əliyev Əyyub Xəlil o. 22.07.1973






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam