Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Amerikanın rusları xilas planı:Moskva onsuz qalib gələ bilərdimi?

news content

 I YAZI
Vaşinqtonun Moskvaya böyük dəstək planının təfərrüatları

                              Hər şey necə başladı

Yenixeber.org: Birləşmiş Ştatlar tərəfindən SSRİ-yə hərbi yardım göstərilməsi barədə qərar sovet qoşunlarının ölkə sərhədlərindən geri çəkildiyi ağır şəraitdə qəbul olundu. Konqresin 1941-ci il martın 11-də qəbul etdiyi Lend-liz haqqında akt prezidentə “müdafiəsi ABŞ üçün həyati önəm daşıyan istənilən ölkəyə” qabaqcadan ödəniş olmadan hərbi avadanlıq və materiallarla kömək etmək səlahiyyəti verirdi. Qanuna görə, müharibə bitəndən sonra salamat qalan və mülki işlər üçün yararlı olan əmlakın dəyəri Amerikanın verdiyi uzunmüddətli kreditlər əsasında tam və ya qismən ödəniləcək, ya da ABŞ-yə qaytarılacaqdı. 

Ştatlar artıq Böyük Britaniyaya hərbi-texniki yardım göstərirdilər və bütün 1941-ci il boyunca onu artırmaqda davam edirdilər. ABŞ prezidenti Franklin Ruzvelt hesab edirdi ki, Qırmızı ordu qışa qədər davam gətirməlidir, bundan sonra vermaxtın hücumu pozulacaq. İyulun əvvəllərində Ruzvelt öz köməkçisi Harri Hopkinsi baş nazir Uinston Çörçillə danışıqlar aparmaq üçün Britaniyaya göndərdi: çünki SSRİ-yə yardım Britaniyaya yardımın azalmasına səbəb olacaqdı. 

Hopkins Londonda danışıqlardan sonra iyulun 27-də SSRİ-yə yola düşdü. İki gün sonra Stalinlə görüşdü. Sovet lideri hesab edirdi ki, ilk növbədə 20-37 mm kalibrli 20 min zenit topu, alüminium, böyük kalibrli pulemyotlar və milyondan çox 7,62 mm-lik tüfəng tədarükü lazımdır. Təchizat məsələlərinin müzakirəsi üçün oktyabrın əvvəlində Moskvada konfrans keçirmək barədə razılıq əldə olundu.

Ruzveltin təşəbbüsü ilə 1941-ci il avqustun 2-də SSRİ-yə hərbi yardım üzrə hökumətlərarası komitə təsis edildi. Ruzvelt və Çörçillin bir həftə sonrakı görüşündə Qırmızı ordunun silahlandırılması məsələləri ilə bağlı SSRİ ilə birbaşa danışıqlar aparmaq qərara alındı. Stalin sentyabrın 3-də Çörçillə göndərdiyi teleqramda ikinci cəbhənin açılmasını xahiş edir, eyni zamanda alüminium, döyüş təyyarələri, tank istəyirdi. Sentyabrda Londonda aparılan ABŞ-Britaniya danışıqları zamanı məlum oldu ki, birinci mərhələdə SSRİ-nin silahlandırılması Şimali Afrikadakı Britaniya qoşunlarının təchizatının azalması hesabına həyata keçiriləcək. Bu da Çörçilli heç sevindirmədi. 

Moskvada konfrans sentyabrın 28-də açıldı. ABŞ və Böyük Britaniya nümayəndələri Averell Harriman və Uilyam Biverbruk üç dəfə Stalinlə görüşdülər. Sonuncu tank və tank əleyhinə toplar, bombardmançı və qırıcı təyyarələr, zenit artilleriyası, tanklar üçün zireh təbəqələri, kəşfiyyat təyyarələri və tikanlı məftil göndərilməsini istədi. O, yenə də ikinci cəbhənin açılmasını xahiş edir, Britaniya qoşunlarını Ukraynaya dəvət etməyə hazır olduğunu bildirirdi. Danışıqların əsas mövzusu əsasən qırıcılar olmaqla təyyarələrin və tankların göndərilməsi idi. Stalin 1941-ci ilin payızında Çörçillə yazırdı ki, SSRİ-nin məğlubiyyətə uğramaması üçün ya Balkanlarda, ya da Fransada ikinci cəbhənin açılması zəruridir, o zaman almanlar şərq cəbhəsindən 30-40 diviziya götürməli olacaqlar; eyni zamanda, təcili 30 min ton alüminium və hər ay minimum 400 təyyarə və 500 tank göndərilməlidir. 

Ruzvelt SSRİ-nin lend-lizə qoşulmasını 1941-ci il oktyabrın 30-da təsdiqlədi. Danışıqların yekununda prezident Stalinə xəbər verdi ki, göndəriləcək silah və məhsulların siyahısının təsdiq olunması və 1 milyard dollar dəyərində lend-liz sxemlərindən istifadə etmək barədə qərar qəbul edib. Stalin noyabrın 4-də cavab teleqramında bildirdi ki, sovet hökuməti 1 milyard dollar məbləğində faizsiz borc verilməsini minnətdarlıqla qarşılayır. O, təklif olunan şərtlərlə tam razı olduğunu ifadə etdi. Həmin gündən SSRİ lend-liz məkanına daxil oldu. 

Necə üzürdülər (gəlirdilər)

ABŞ-nin şərq sahillərindən birbaşa marşrut iki həftə sürürdü, amma Arktikadan keçən qütb konvoyları bütün marşrut boyunca nasistlərin sualtı qayıqlarının və aviasiyasının təhdidi altında idi. 1941-ci ilin iyul-dekabrında təchizatın 40 faizi məhz bu marşrutla baş tuturdu: Murmansk və Arxangelskin donmayan limanlarına qədər. Müxtəlif qiymətləndirmələrə görə, göndərilən yüklərin 8-15 faizi almanların lüftvaffe (aviasiya) və kriqsmarine (donanma) hücumları üzündən itirilirdi. Britaniyalılar 20-ci meridiandan şərqdə konvoyların sovetlər tərəfindən mühafizə olunmasını istəyirdilər, amma SSRİ-nin Şimal donanması və onun aviasiyası bunu etibarlı şəkildə edə bilmək üçün çox zəif idi. Belə şəraitdə müttəfiqlər anlayırdılar ki, lüftvaffenin fəallığı halında Arktika konvoyu gəmilərinin itirilməsi tamamilə qaçılmazdır.  

Murmansk alman aviasiyasının mütəmadi bombardmanına məruz qalırdı, üstəlik cənuba gedən Kirov dəmir yolu fin qoşunları tərəfindən kəsilmişdi. Dustaqların qüvvəsi ilə, çoxlu sayda ac insanların ölümü hesabına Ağ dənizin sahilləri ilə dolanma Soroka-Obozerskaya qolu çəkildi. Müharibə ərzində Sovet İttifaqına qərb yardımının dörddə birini Arktika konvoyları gətirdilər.

ABŞ-nin qərb sahillərindən də SSRİ-yə yüklər göndərilirdi: sovet bayrağı altındakı gəmilərlə 18-20 gün ərzində. ABŞ daşınma ehtiyacını ödəmək üçün 650 gəmisini sovet bayrağı altına keçirmişdi (ABŞ-nin müharibə vəziyyətində olduğu Yaponiyanın hücum etməməsi üçün - Press klub). Yaponlar bir neçə gəmini “səhvən” batırdılar. Çox yüklənmiş Vladivostok limanından silah və sursatlar maksimum həddə işləyən Transsibir magistralı ilə minlərlə km qət etməli idilər. Bununla belə, yüklərin 43 faizi həmin istiqamətdən gəldi. Vladivostok müharibə dövründə Arxangelskdən dörd, Murmanskdan isə beş dəfə çox idxal yükü emal etdi. 

Daha bir marşrut - Afrikanı dolanmaqla İran limanlarına - 75-80 gün çəkirdi. Oradan yüklər avtonəqliyyatla və transiran dəmiryolu ilə Xəzərə daşınır, buradan da Bakıya və  Volqaya göndərilirdi. Alman aviasiyası 1942-ci ildə bu marşruta mütəmadi hücumlar edirdi, Volqaya üzən minalar atılırdı. İranın infrastrukturu əlverişli deyildi, amma sovet və Britaniya qoşunları ölkəni 1941-ci ilin avqustunda işğal edəndən sonra onu təkmilləşdirdilər. Təchizatın həcmini artırmaq üçün İranın nəqliyyat sisteminin, o cümlədən Fars körfəzindəki limanların, avtomobil yollarının və dəmiryolunun əsaslı modernləşdirilməsi həyata keçirilirdi. 

Məxsusi lend-liz ehtiyacları üçün İranda “General Motors” rəhbərliyi altında bir neçə avtomobil quraşdırma zavodları tikildi. Onların ən böyükləri Əndimeşkdəki TAP I (Truck Assembly Plant I) və Xürrəmşəhrdəki TAP II idi. Avtomobillər Tehran - Aşqabad, Tehran - Astara - Bakı, Culfa - Orconikidze (indi Vladiqafqaz - Press klub) marşrutu ilə göndərilirdi. 1945-ci ildə hər iki zavod demontaj edildi və SSRİ-yə daşındı. Savaş bitənə qədər İran üzərindən SSRİ-yə 184 min avtomobil göndərildi. İran marşrutu SSRİ-yə yüklərin dörddə birini göndərmək imkanı verdi. 

Qara dəniz marşrutu yalnız 1945-ci ilin əvvəllərindən ciddi fəaliyyət göstərdi. Bu, alman qoşunlarının Yunanıstandan çəkilməsindən və 1944-cü il avqustun 2-də Almaniya ilə münasibətləri kəsən Türkiyənin kursunun dəyişməsindən sonra mümkün oldu. Bununla da müttəfiqlərin gəmiləri Bosfor və Dardanel boğazlarından keçməyə başladılar. 

Koalisyon razılaşmanı imzalayan Stalin 1941-ci ilin noyabrında Britaniya ilə eyni şərtlər altında lend-liz resurslarına çıxış əldə etdi: təchizat ABŞ xəzinədarlığı tərəfindən ödənilirdi, məhv olan texnika və işlənən materialların pulu savaşdan sonra borcun məbləğindən çıxılacaqdı, istifadə olunmayan materialın geri göndərilməsi də mümkün idi. SSRİ ABŞ-dan ümumən 9,4 milyard dollarlıq yardım aldı, onun da 40 faizini hərbi ləvazimat təşkil etdi. Daşınma xərcləri ilə yardımın dəyəri 11,3 milyarda çatdı.

1941-ci ilin iyunundan 1945-ci ilin mayına qədər Böyük Britaniyadan SSRİ-yə, qida məhsulları və dərmanlar da daxil olmaqla, cəmi 4 milyon ton yük göndərildi. Göndərilən silah-sursatın dəyəri 308 milyon funt, qida məhsulları və xammalın dəyəri isə 120 milyon funt idi. 1942-ci il iyunun 27-də imzalanan müqaviləyə görə, həmin müddətdən sonra Britaniyadan Sovet İttifaqına göndərilən bütün hərbi yardım tamamilə pulsuz idi, ondan əvvəlkilərin dəyəri isə qızıl, ya da valyuta ilə ödənilirdi. Ödəmənin bütün məbləği 55 ton qızıl dəyərində qiymətləndirilə bilər. Britaniya imperiyasından silahların və materialların göndərilməsi ilk növbədə metropoliyanın alman sualtı qayıqlar tərəfindən hərbi-dəniz blokadasında saxlanması üzündən mürəkkəb iqtisadi vəziyyət və Afrika cəbhəsində Almaniya və İtaliyaya qarşı aparılan əməliyyatlar səbəbindən məhdud idi. 

Moskva müasir aviatexnikanın, məsələn, ingilislərin “Spitfire” qırıcılarının məhdud sayda göndərilməsindən narazılıq edirdi. Təchizat sovet hökumətinin xarici ticarət təşkilatlarının verdiyi, ABŞ və Britaniya ilə razılaşdırılan siyahılar əsasında aparılırdı.

Nə daşıyırdılar

Lend-liz proqramının fəaliyyətinin bir neçə mərhələsi vardı. Birinci mərhələdə hərbi texnika təchizatı almanların işğal etdiyi ərazilərdə qalan, ya da təxliyə edilib də hələ işə düşməyən istehsalın yerini doldururdu. Bu, tankları, təyyarələri, avtomobilləri əhatə edirdi. Təxliyədəki hərbi istehsalın artmasından sonrakı ikinci mərhələdə təchizat bir qədər mürəkkəb texnikaya, məsələn, radiostansiyalara, eləcə də xammal və ərzaq məhsullarına tərəf meyl etdi. 

1943-cü ildə Qırmızı ordunun ərzaq təchizatında yaranan böhran Amerikadan ərzaq tədarükü nəticəsində tam aradan qalxdı. SSRİ 4,5 milyon ton ərzaq məhsulu aldı. Səfərbərlik üzündən kənddə kişi əhalisinin üçdə birindən çoxu qalmamışdı, işğalın nəticələri də özünü göstərirdi, ona görə də Amerika yardımı olmasaydı, çoxmilyonluq ordunu yedirmək olmayacaqdı.  

Lend-liz hesabına hansı kritik dəliklərin qapadıldığına baxsaq, bu, ilk növbədə lokomotivlərdir: müharibə illərində SSRİ-də 825 ədəd istehsal müqabilində ABŞ-dan 1977 ədəd alındı. Bundan əlavə, SSRİ lend-lizlə 622 min ton dəmiryolu relsi (öz istehsalının yarısı) və 11 min vaqon aldı. Amerika sənədlərinə görə, savaş bitənə qədər ABŞ SSRİ-yə 13136 ədəd dəmiryolu nəqliyyatı vasitəsi göndərmiş, onlardan 13041 ədədi (1900 parovoz, 66 teplovoz, 9920 platforma, 120 sistern və 35 transportyor) təyinat nöqtəsinə çatdı, 95-i isə yolda batdı. Bu tədarükün qızğın vaxtı 1944-1945-ci illərə təsadüf etdi. Onun nəticəsində dağılmış dəmiryollarının sürətlə bərpası, qoşun və yüklərin ön xəttə çatdırılması mümkün oldu. 

İkinci pillədə, yəqin, avtonəqliyyatdır: SSRİ-də 265 min istehsal olundu, 427 min isə lend-lizlə alındı. Amerika avtotexnikası sayəsində sovet ordusu 1944-cü il üçün mobil qüvvəyə çevrildi. Yüksək keçmə qabiliyyətli “Studebaker” və “Dodge” avtomobilləri traktor və at gücünü əvəz edərək 122 və 76 mm-lik topların yedəyə alınması və piyada hissələrinin döyüş meydanına çatdırılması üçün əsas vasitəyə çevrildilər. 

İran dəhlizi vasitəsilə SSRİ-yə tam ötürücülü (6x6) və arxa ötürücülü (6x4) modifikasiyalı avtomobillər göndərilirdi. İran və İraqda bu maşın komplektlərini quraşdıran üç müəssisə yerləşirdi. Sovet yaylım atəşi sistemlərinin - məşhur BM-13 “Katyuşa”, BM-8-48, BM-31-12 - böyük əksəriyyəti “Studebaker” şassiləri üzərində quraşdırılırdı. Yük maşınlarından əlavə çoxsaylı yanacaq daşıyan, səhra təmir emalatxanaları, radiostansiyalar və radiolokasiya stansiyaları modifikasiyaları mövcud idi. SSRİ cəmi 187 minə yaxın “Studebaker” avtomobilləri aldı. 

Minik avtomobillərinin təchizatında liderliyi əfsanəvi “Willys” tuturdu - 52 min, “Dodge” ikinci yerdə idi - 25 min. “Willys”lərin böyük əksəriyyəti SSRİ-yə komplekt şəklində gəlir, Omsk və Kolomna zavodlarında yığılırdı. “Dodge” əvvəlcə yüngül tank əleyhinə topların yedəklənməsi üçün nəzərdə tutulmuşdu, sonra isə universal avtomobil kimi istifadə olundu. Bundan əlavə, SSRİ-də buraxılmayan xüsusi təyinatlı avtomobillər göndərilirdi: 3,5 min amfibiya “Ford”lar, su maneələrini aşmaq və mühəndis qoşunları tərəfindən keçid quraşdırmaq üçün istifadə olunan 700-ə yaxın GMC.

2,5 milyon telefonun və 35 min müasir radiostansiyanın göndərilməsi qoşunların idarəçilik imkanların prinsipial şəkildə dəyişdi. HHQ qüvvələri üçün keyfiyyətli rabitə təmin edən 9 min təyyarə radiostansiyası və o zaman Qırmızı orduda olmayan 2 mindən çox radar gətirildi. 

Sovet hərbi-dəniz donanması lend-lizlə 500-ə qədər müxtəlif tipli yeni hərbi gəmi aldı. Bundan əlavə, 2141 təyyarə, bir neçə min zenit qurğusu, dəniz minaları və dərinlik bombaları, 128 akustik və elektromaqnit tral, 359 hidroakustik sistem, mindən çox radiolokasiya aparatı komplektləri, 1300 gəmi dizeli göndərildi. Göndərilən hərbi gəmilərin çoxu Yaponiya ilə hərbi əməliyyatlar yekunlaşandan sonra ABŞ-a qaytarıldı. 

SSRİ-də istehsal olunanlarla müqayisədə ABŞ və Böyük Britaniyadan gələn tanklar 20%, təyyarələr isə 15% təşkil edirdilər. Amma ABŞ və müttəfiqləri 2,5 milyon ton - savaş illərində sovet aviasiyasının sərf etdiyinin təxminən üçdə ikisi - aviabenzin göndərmişdilər. Hazır aviabenzindən əlavə, SSRİ ərazisində benzin istehsalı üçün neft emalı avadanlığı göndərildi ki, bu da 1941-ci illə müqayisədə 1944-cü ildə benzin istehsalını 10 dəfə artırmağa imkan verdi (bundan əlavə, təyyarə istehsalında əsas material olan alüminiumun yarısı lend-lizlə gəlirdi. (pressklub).

(Davamı olacaq) 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam