Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda illər öncə ağacları kəsən şəxs özünə obyekt tikdirdi

Sumqayıtda "ağacların qənimi" kimi tanınan Rzayev Telman Bəylər oğlu yeni obyekt tikdirir. 
Yenixeber.org: Xatırladaq ki, 2 il öncə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, "Sumqayıt” şadlıq evinin yanında qarağac ağaclarını qanunsuz olaraq budamış vətəndaş Rzayev Telman Bəylər oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə əsasən akt və protokol tərtib edilərək fiziki şəxs qismində 8400 manat məbləğində cərimə tətbiq olunmuşdu. Amma görünür, nazirliyin cərimə sanksiyası həmin vətəndaş üçün yetərli olmayıb. Çünki həmin vətəndaş pul qazanmaq xatirinə ekologiyaya qənim kəsildiyini bir daha sübut edib və onu cərimələyən nazirliyə özünəməxsus tərzdə cavab verib. Əgər həmin gün 1,5-2 metr hündürlükdə budanmışdısa, sonra isə həmin ağaclar kökündən çıxarılıb və yerləri torpaqla doldurulub.
Həmin günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Ətraf Mühitin Mühafizəsi Şöbəsində sektor müdiri vəzifəsində çalışan Raqub Mirzəyev qeyd etmişdir ki, ərazi nazirlik tərəfindən nəzarətə götürüləcək və orada heç bir tikinti işlərinin aparılmasına yol verməyəcək.
R.Mirzəyev qeyd olunan məsələ ilə bağlı aidiyyatı dövlət strukturlarına müvafiq məktublar göndəriləcəyini bildirmişdir. Onun sözlərinə görə, məsələnin məktublarda bu qurumlar tərəfindən də nəzarətə götürülməsi və yeni ağacların əkilməsinin təmin olunması tələb olunacaq.
Belə məlum olur ki, görülən tədbirlər ölkə ekologiyasına qənim kəsilmiş  Rzayev Telman Bəylər oğlunun qarşısını ala biləyib...

Belə ki, Yenixeber.org-a daxil olan məlumata görə, Telman Rzayev Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə Böyük Qafqaz küçəsinin kəsişməsində yeni ticarət obyekti tikdirdirir. Ümumi sahəsi 448 molan obyektin yaxın günlərdə fəaliyyətə başlayacağı bildirirlir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam