Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Naxçıvan sahibkarları 4 ayda 2 milyon manata yaxın güzəştli kredit alıblar

 

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 50 investisiya layihəsinin maliyyələşdirilməsinə 1 milyon 842,5 min manat güzəştli kredit ayırıb.

Yenixeber.org xəbər verir ki, bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov "Sahibkarlar günü"nə, eləcə də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik - Naxçıvanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 3,8 dəfə, verilmiş güzəştli kreditlərin məbləği isə 6,5 dəfə artıb.

"Builki kredit ayrılmış layihələr üzrə 63 yeni iş yerinin yaradılması nəzərdə tutulur", - deyə nazir əvəzi əlavə edib.

O, həmçinin deyib ki, 3 ayda maliyyə dəstəyi verilmiş layihələrin 12 %-i Naxçıvan şəhərinin, 88 %-i isə digər şəhər və rayonların payına düşüb.

"Fondun ehtiyatları hesabına sahibkarlıq subyektlərinə müəyyən edilmiş prioritet istiqamətlər üzrə bu il 25 milyon manata qədər maliyyələşdirilmə hədəflənib", - deyə nazir əvəzi əlvaə edib. 

Hazırda SİF 8 bankla müvəkkil kredit təşklilatı qismində əməkdaşlıq edir. Bunlardan 2-si əməkdaşlığa 2025-ci ildə cəlb edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam