Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

İntiqam Babayev Mədəniyyət Nazirliyində şöbə müdiri təyin olunub-FOTO

 

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin olunub.

Yenixeber.org: Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə İntiqam Babayev bu vəzifəyə təyinat alıb. 

İntiqam Babayev 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1997–2001-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alıb.

O, 2000–2021-ci illərdə gənclər və idman nazirinin müavini olub. 2022–2023-cü illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparatının rəhbəri olub və aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.

İ.Babayev 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam