Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Vladimir Kliçko karyerasını bərpa edə bilər

 

Ukraynalı məşhur boksçu Vladimir Kliçko karyerasını bərpa edə bilər.

Yenixeber.org xəbər verir ki, bu barədə onun meneceri Tom Loffler "EsNews" kanalına açıqlamasında bildirib.

Menecer boksçunun 8 illik fasilədən sonra karyerasını bərpa etməyə hazır olduğunu söyləyib. T.Loffler martda 49 yaşını tamamlayacaq Kliçkonun Corc Formanın rekordunu qırmaq istədiyini və titul uğrunda döyüşmək üçün əla formada olduğunu deyib. Ancaq o, V.Kliçkonun həmyerlisi Aleksandr Usiklə deyil, Tayson Fyuri ilə döyüşmək istədiyini vurğulayıb.

Qeyd edək ki, T.Fyuri bir neçə gün əvvəl karyerasını bitridiyini açıqlayıb.

48 yaşlı ukraynalı boksçu 2017-ci ildə britaniyalı həmkarı Entoni Coşua ilə döyüşdə məğlubiyyətdən sonra karyerasını başa vurub. V.Kliçko karyerası ərzində 64 qələbə (53-ü nokautla) qazanıb. O, bu döyüşlərin 53-də rəqiblərini nokautla üstələyib. Kliçko karyerası ərzində 5 məğlubiyyətlə üzləşib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam