Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kliçkonun rinqə qayıtması üçün 40 milyon dollar təklif edildi

Təklif olunan müqavilə əsasında Kliçko üç döyüşə çıxmalıdır.

Yenixeber.org: Tanınmış ukraynalı boksçu Vladimir Kliçkonun yenidən rinqə qayıtması üçün 40 milyon dollar təklif edilib.

Təklif olunan müqavilə əsasında Kliçko üç döyüşə çıxmalıdır. Birinci döyüş Almaniyada ən güclü onluqda olan boksçu ilə, ikinci və üçüncü döyüşlər isə Entoni Djouş və Tayson Fyuri ilə olmalıdır. Əgər razılıq olsa, hər üç döyüş may, sentyabr və dekabr aylarında keçiriləcək.

Qeyd edək ki, 2017-ci ilin avqust ayında ağır çəki üzrə sabiq dünya çempionu Vladimir Kliçko karyerasına son qoyduğunu rəsmən bəyan edib. Vladimir Kliçko 1996-cı ildən peşəkar boks yarışlarında çıxış etməyə başlayıb.

O, WBO, IBO, IBF və WBA versiyaları üzrə dünya çempionu olub. 1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. 21 illik karyerasında 69 döyüşü olub, onlardan 64-də qalib gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam