Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mayk Tayson təyyarədə sərnişini döydü - VİDEO

Mayk Tayson təyyarədə sərnişini döydü -    VİDEO

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson ABŞ-da təyyarədə sərnişin olan kişini döyüb.
Yenixeber.org: Mənbənin məlumatına görə, insident San-Fransiskodan Floridaya uçan təyyarədə baş verib.
Yola düşməzdən əvvəl 55 yaşlı idmançı pərəstişkarları ilə foto çəkdirib. Onlardan biri israrla Taysonla danışmağa çalışıb və həmin şəxsin bezdirici hərəkətləri idmançının qəzəbinə səbəb olub. Nəticədə boksçu sərnişinin üzünə bir neçə zərbə endirib. Zərərçəkmişdə qan izlərinin olduğu qeyd edilir. Şahidlərin sözlərinə görə, Tayson hadisədən dərhal sonra təyyarəni tərk edib.
Qeyd edək ki, 2005-ci ildə Tayson Braziliyalı televiziya operatoruna hücum etmişdi. Bu, gecə klublarından birində baş verib. İdmançı operatorun videokamerasını əlindən alaraq onla jurnalisti vurmuşdu.
Tayson 1987-1990-cı illərdə ağır çəkidə dünya çempionu olub. Onun peşəkar boksda 50 qələbəsi və altı məğlubiyyəti var.(TMZ Sports)





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam