Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Azərbaycan suverenliyini öz gücünə təmin edən ölkədir -SPİKER

 

Milli Məclisin deputatları ölkəmizin xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, ABŞ Konqresinin bir qrup üzvünün həmin ölkənin dövlət katibinə məlum məktubu ilə əlaqədar narahatlıqlarını bildiriblər.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bildirib.

"Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlər sisteminin məsuliyyətli üzvü, etibarlı tərəfdaş kimi çıxış edib. Və biz ölkəmizin belə mövqeyi ilə fəxr edirik.Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti həm ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərdə, həm də dünyanı narahat edən qlobal problemlərin həllinə verdiyi töhfələrdə özünü açıq şəkildə göstərir. COP29-a ev sahibliyi və bu çərçivədə aparılan işlər də bunun bariz nümunəsidir. Ölkəmizin sülh, sabitlik və əməkdaşlıq üçün göstərdiyi yorulmaz səylər danılmazdır.Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirən, yalnız öz milli maraqlarını əsas götürən, ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir.Və mən bu çərçivədə möhtərəm cənab Prezidentin bir kəlamını xatırlatmaq istəyirəm: “Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik”,- o deyib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam