Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Yeni “strateji tərəfdaş” İran Rusiyaya ordu göndərəcək? -ŞƏRH

Rusiya ilə İran arasında imzalanan strateji tərəfdaşlıq haqqında sazişin mətnindəki bəndlər məlumun elanıdır. Bu, iki dövlət arasındakı tərəfdaşlığı indikindən daha üst səviyyəyə qaldıracaq sənəd deyil.

Yenixeber.org: Məlumata görə, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Rusiya və İran arasında imzalanan strateji tərəfdaşlıq haqda sazişə münasibətində qeyd edib.

O bildirib ki, saziş hərbi ittifaqın formalaşmasını da ehtiva etmir:

“Misal üçün Rusiyanın Şimali Koreya ilə imzaladığı strateji tərəfdaşlıq sazişi İranla imzalanan sazişdən daha üstündür. Şimali Koreya məhz imzalanan sazişə görə Rusiyaya Ukrayna müharibəsində dəstək üçün hərbçilərini göndərib. İran isə öz hərbçilərini Rusiya-Ukrayna savaşına göndərməyi planlaşdırmır. Sazişdən əvvəl Rusiya Prezidenti Vladimir Putinin Kremldə iranlı həmkarı Məsud Pezeşkianı bir saat gözlətməsi də tərəfdaşlığın “mahiyyətindən” xəbər verir.

Bəşər Əsəd rejimi Kreml üçün İranla tərəfdaşlıqdan daha əhəmiyyətli idi. Ancaq Kreml son anda Bəşər Əsədin hakimiyyətini qorumaqdan imtina etdi, müxalif qüvvələrlə savaşmaq istəmədi. Eynilə bir gün İranı da hansısa xarici təhlükə gözləsə, Rusiya cənub qonşusuna görə ABŞ və ya İsraillə savaşmaq istəməyəcək”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam