Redaktor seçimi
Günün xəbəri

HƏMAS-ın azad etdiyi şəxslərdən biri Rumıniya vətəndaşıdır

 

Fələstinin HƏMAS hərəkatı tərəfindən azad edilən girov qadınlardan biri Rumıniya vətəndaşı, digəri isə rumıniyaəsillidir.

Yenixeber.org xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Girovların ilk qrupu üçün on beş aylıq əsirlik nəhayət başa çatdı", - məlumatda qeyd olunub.

Daha əvvəl İsrail ordusu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarının azad edilmiş üç girov qadını onlara təhvil verdiyini, bundan sonra İsrail ərazisinə gəldiklərini və xəstəxanaya yerləşdirildiyini bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam