Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Bəzi ərazilərə yenə su gəlmir

Xəbər verdiyimiz kimi, ötən gün İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidməti bu gündən şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsinin təmin ediləcəyi ilə bağlı məlumat yaymışdı.

Yenixeber.org xəbər verir ki, bu gün səhər saatlarından etibarən paytaxtın müxtəlif ərazilərində yaşayan sakinlər suyun verilişində hələ də məhdudiyyətlər olduğunu bildiriblər. Həmin ərazilərə Suraxanı, Ramana və Yasamal daxildir.

Məsələ ilə bağlı yenidən İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidmətinə sorğu ünvanladıq. Xidmətdən bildirildi ki, suyun verilməsinə başlanılıb: “Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulmasi müvəffəqiyyətlə başa çatdırılıb. Avqustun 24-ü səhər saatlarında şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin edilməkdədir”.

Xatırladaq ki, bir neçə gündür, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar Bakıda suyun verilişində problemlər yaşanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam