Venesuelanın Ali Məhkəməsi iyulun 28-də keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Nikolas Maduronun qələbəsini təsdiqləyib.
Yenixeber.org: Bu barədə məhkəmənin sədri Karisliya Rodriqes “Venezolana de Television” kanalının yayımladığı məlumatda bildirib.
“Seçki materiallarının tədqiqi, Milli Seçki Şurasının 2024-cü il iyulun 28-də elan etdiyi və 2025-2031-ci illər konstitusiya dövrü üçün Venesuela Bolivar Respublikasının Prezidenti, vətəndaş Nikolas Maduro Morosun qalib gəldiyi prezident seçkilərinin nəticələrini təsdiq edir.", - deyə o bildirib.