Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Çıxarışı olmayan mənzil sahiblərinin nəzərinə! -VİDEO

 

Bakı və Abşeronda olduğu kimi, bölgələrdə də yaşayış evlərinin çıxarışı ilə bağlı ciddi problemlər var.

Yenixeber.org xəbər verir ki, xüsusilə, əksər kənd evlərində çıxarış demək olar yoxdur. Bu evlər ya sənədsizdir, ya da yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən verilən sənədlər əsasında tikilib.

Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, kənd evlərinin bir çoxu hələ də çıxarışla təmin edilməyib:

"Evlərin çıxarışının olmaması onların alqı-satqıda istifadə edilməsini məhdudlaşdırır. Bununla yanaşı, turizm potensialı olan ərazilərdə inkişafı xeyli zəiflədir. Bundan başqa, çıxarışsız kənd evlərinə maraq azalır".

Ekspert deyib ki, vətəndaşlar müvafiq sənədlərlə öz evlərinə çıxarış almaq üçün aidiyəti qurumlara müraciət etməlidir. Bundan başqa, bu məsələdə vətəndaşlar marifləndirilməlidir. Evlərin çıxarışla təmin edilməsi dövlət büdcəsinin gəlirlərini də artıra bilər.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirildi ki, əlində hüququ sənədi olan vətəndaşların evlərinin çıxarışla təmin edilməsində heç bir problem yoxdur. Ümumiyyətlə, sənədi olmayan və mühafizə olunan zonalarda tikilən evlərə gəldikdə isə bu məsələyə köklü yanaşma nəzərdə tutulur. Problemin həlli üçün ayrıca normativ hüquqi sənədin qəbul edilməsi gözlənilir.(Xəzər Xəbər)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam