Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı iş vaxtı ölüb
Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı iş vaxtı ölüb.
Yenixeber.org xəbər verir ki, hadisə nazirliyinin Nizami rayonunda yerləşən Təlim Mərkəzində qeydə alınıb.
Həmin mərkəzdə çalışan, 1976-cı il təvəllüdlü Rəhilə Yasin qızı Qasımova qəfildən ölüb.
İlkin ehtimala görə, qadın ürək çatışmazlığından ölüb.
Faktla bağlı araşdırma aparılır.