Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Yəhya Musayevə ŞOK KORRUPSİYA İTTİHAMLARI -Büdcə necə talan olunur...

Yəhya Musayevə ŞOK KORRUPSİYA İTTİHAMLARI
Redaksiyamıza Müdafiə Sənayesi Nazirliyi ilə bağlı ilginc faktlar daxil olub.
Yenixeber.org: Adının çəkilməməsini istəyən nazirlik əməkdaşlarından birinin yazdıqlarını olduğu kimi təqdim edirik:

"2018-ci ilin fevral ayından başlayaraq Müdafiə Sənayesi Nazirliyində (MSN) mərhum nazir Yavər Camalovun səhhətinin ağırlaşması və işə az-az çıxması nazir müavini Yəhya Musayevin əl qolunu açmış və Yəhya Musayev faktiki olaraq özünü nazir yerində aparmağa başlamışdı. Iyun ayında onun nazir Yavər Camalovun üzünə qarşı açıq kompramat deməsindən sonra halı pisləşən nazir bir neçə gün sonra dünyasını dəyişdi. Bundan dərhal sonra MSN-də Y. Musayev şəriksiz rəhbər oldu. Nazirin 7-si çıxmamış ona yaxın, MSN yarandığı gündən bu struktrun qurulmasında iştirak etmiş, peşəkar hərbi sənaye mütəxəssislərinə qarşı hücuma keçən Y. Musayev bu strukturda hələ sovet dövründən çalışmış, təcrübəli idarə rəhbərləri olan Çingiz Əliyevə (Üfiq İstehsalat Birliyinin direktoru), İlqar Nəzərova (Şərq İstehsalat Birliyinin direktoru və Xaqani İsayevə (Optika Mexanika İstehsalat Birliyinin direktoru) şiddətli töhmət və xəbərdarlıq edərək onları cəzalandırmışdır.

İlk aylarda MSN-də nazir olacağını öz komandası vasitəsi ilə duyuran Y. Musayev ona dirəniş göstərən digər müavin Tofiq Rəfiyevə qarşı da kampaniya başlatmış və Rəfiyev əleyhinə KİV-lərə kompramatlar sızdırmışdır. Nazirlik dairələrində gəzən söhbətlərə görə, Tofiq Rəfiyevdə Musayevlə bağlı çoxsaylı kompramatlar mövcuddur. Məhz o, Yəhya Musayevin nə işlər çevirməsini hələ 2018-ci ilin fevralında nazir Yavər Camalovun diqqətinə çatdırıb.

Lakin son aylar Y. Musayevin nazir olmaq cəhdinin iflasa uğradığı bəllidir. MSN-də artıq 6 aydır boş qalan nazir postuna Silahlı Qüvvələrin Baş Qərargah Rəisi Nəcməddin Sadıkovun gətiriləcəyi söhbətləri dolaşır. Bu mövzunun ciddiliyini nəzərə alan Yəhya Musayev son zamanlar yeni nazirin dönəmində öz mövqelərini qoruyub saxlamaq üçün ciddi cəhdlə hərəkətə keçib. Hazırda Y. Musayev və ona yaxınlığı ilə tanınan nazirlikdəki şöbə müdirləri Nəcməddin Sadıkov haqqında “xoş sözlər” səsləndirərək “çoxdandır onu gözləmələri” fikrini formalaşdırırlar. Hətta Y. Musayev MSN işçilərinin peşə bayramı günü rəsmi “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində Nəcməddin Sadıkovun da yer aldığı fotonu əsas şəkil kimi dərc etdirmişdi.

Bu günədək Y. Musayevin adı bir çox maliyyə maxinasiyalarında hallanıb. Bunların arasında xaricdən alınmış dəzgahların qiymətinin dəfələrlə şişirdilərək rəsmiləşdirilməsi, Sənayecihaz zavodundan əlvan metaların qeyri-qanuni şəkildə çıxarılıb satılması faktının keçmiş MTN tərəfindən aşkarlanması və s. var. Musayev və komandasının MSN-də dayaqlarını sarsıdacaq hadisələrdən biri də beynəlxalq şirkətlə MSN arasında yaranan qalmaqaldır. Belə ki, MSN beynəlxalq müdafiə sənayesi şirkətlərindən biri ilə imzalanmış müqavilə üzrə öhdəliklərini yerinə yetirməyib və xarici şirkətlə görüşdə bunun sifarişçi olan Müdafiə Nazirliyindən qaynaqlandığını və sonuncunun onlara ödəniş etmədiyini bildirib. Müdafiə Nazirliyi isə beynəlxalq şirkətin rəhbərliyinə ödmələrin hələ 2010-2013-cü illərdə MSN-ə edildiyini bildirib. Araşdırmalar zamanı məlum olub ki, Müdafiə Nazirliyinin məhsul tələbini də MSN xarici tərəfdaşın “müqaviləni icra etməməsi. yubandırması” adıyla yola verib. Məcburiyyət qarşısında qalan Müdafiə Nazirliyi cari ehtiyaclarını digər ölkədən satınalma ilə qarşılayıb. Hazırda həmin şirkət MSN-i beynəlxalq arbitraja verməyə və Azərbaycandakı bütün fəaliyyətlərini dondurmağa hazırlaşır. Vəziyyətin kritikləşdiyini görən Yəhya Musayev bütün günahları dünyasını dəyişmiş Yavər Camalovun üzərinə yükləməklə vəziyyətdən çıxmağı düşünür. Bütün bu işlərdə də Musayevin tapşırıqlarının əsas icraçıları ümumi Şöbənin müdiri Bəxtiyar Əsədovla beynılxalq hərbi texniki əməkdaşlıq idarəsinin müdiri Rəmzi Şükürovdur.

Ortaya keyfiyyətli və ciddi məhsullar qoya bilməyən, daha çox maxinasiyalarla fəaliyyətini şişirdən MSN müdafiə sənayesi sektorunda fəaliyyət göstərmək istəyən özəl təşkilatlara maneələr yaratmağa çalışır. Sonuncu ADEX sərgisində AMEA-nın və digər özəl sfera şirkətlərinin aktiv iştirakı, Elmlər Akamediiyasının və AMEA Yüksək Texnologiyalar Parkının rezident şirkətlərinin DSX, ANAMA, Müdafiə Nazirliyi, XDMX kimi güc strukturları ilə müqavilələr imzalaması konkret olaraq Y. Musayevin hiddətinə səbəb olub. İş o yerə çatıb ki dekabr ayının 17-də rəsmi “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində AMEA-nın “bostanına daş atıb”. Onun məqaləsinin bu hissəsinin hərbi xəbər saytlarında ayrıca xəbər kimi verilməsi AMEA rəhbərliyini hiddətləndirib və bir neçə saat sonra Y. Musayevə “özünü yığışdırması” mesajı verilib. Y. Musayev hətta nazirliyin son kollegiya iclasında “özəl şirkətlər belə getsə bizim müəssisələri üstələyəcəklər. Ortada müqavilələr var. Güc qurumları işlərini özəl şirkətlərə verirlər. Nə olur olsun buna imkan verməməlisiniz” deyə Nazirliyin müvafiq şəxslərinə xəbərdarlıq edib. Onu da deyək ki, Y. Musayevin cəhdlərinə baxmayaraq Hökumət özəl sektorda fəaliyyət göstərən 4 şirkətə bu il müdafiə təyinatı məhsul istehsalı üçün xüsusi icazə verib. Y. Musayev zavodlara Texnoparkda və texnoparkdan kəarda yerləşən özəl müdafiə sənayesi şirkətlərinə zavodlarda buraxılan hər hansı bir detalı belə satmamağı, onlarla kooperasiya yaratmamağı, kontaktlardan uzaq durmağı ciddi şəkildə tapşırıb. Hətta bu ilin yay aylarında AMEA Yüksək Texnologiyalar parkında zirehli gödəkcələrin təqdimatına həsr olunmuş tədbirdə iştirak üçün dəvət göndərilsə də MSN-dən heç kim qatılmayıb. İş o yerə çatıb ki, vaxtı ilə MSN-in əsas piar və təbliğatı ilə məşğul olan, Azeri Defense jurnalı və saytı da səhifələrində özəl sektor şirkətlərinə geniş yer ayırdığı üçün Musayevin komandasının qəzəbinə tuş gəlib. Musayevin tapşırığına əsasən jurnala və sayta informasiyaların verilməsi, jurnalın abunəsi ləğv edilib. Bu günədək MSN-in fəaliyyətini işıqlandırmış, beynəlxalq mətbuata çıxaran, nazirlikdə böyük simpatiya qazanmış bu saytın əməkdaşlarının tədbirlərə çağrılması belə Yəhya Musayev tərəfindən qadağan olunub".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam