Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Rusiya Xankəndidə konsulluq açacaq? -Səfirdən CAVAB

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibəsində Xankəndidə Rusiya Baş konsulluğunun açılması barədə sualı cavablandırıb.

Yenixeber.org-un məlumatına görə, o, bu barədə hazırda müzakirələrin aparıldığını bildirib.

Jurnalistin “Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Qriqoriy Karasin daha əvvəl bildirib ki, tezliklə Rusiyanın Baş konsulluğunun açılmasına hazırlıq işləri başlayacaq. Qarabağda Rusiyanın Baş Konsulluğunun nə vaxt açılacağına dair məlumat varmı?” sualına Polad Bülbüloğlu aşağıdakı cavabı verib:

“Rusiya Federasiyası konsulluğun açılması arzusunu dilə gətirib, çünki bizim Rusiyada iki - Yekaterinburq və Sankt-Peterburqda Baş konsulluğumuz var. Rusiyanın ölçülərini və sizin ölkədə yaşayan azərbaycanlıların sayını nəzərə alsaq, bu təbiidir. Lakin Azərbaycanda isə konsulluqların fəaliyyəti üçün sahə daha məhduddur. Bununla belə, bu istiqamətdə iş aparılır, müxtəlif variantlar təklif edilir. Bu məsələ müzakirə mərhələsindədir”.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin sədri Qriqori Karasin Azərbaycandan olan həmkarı Səməd Seyidovla görüşü zamanı bildirib ki, Rusiya bu il Azərbaycanın Qarabağ bölgəsində Baş konsulluq açmaq niyyətindədir. Onun sözlərinə görə, bu istiqamətdə hazırlıq işlərinə yaxın günlərdə başlayacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam