Ukraynanın itkilərinin SON SİYAHISI
Rusiya müharibənin 901-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 637 təyyarəsi, 278 helikopteri, 29 771 PUA-sı, 566 zenit-raket kompleksi, 17 042 tank və digər zirehli texnikası, 1 400 reaktiv yaylım atəş sistemi, 13 135 artilleriya və minaatanı, 24 668 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.