Antalyada meşə yanır -FOTO
Türkiyənin Antalya şəhərində otellərin yerləşdiyi Lara rayonunda meşə yanğınları başlayıb.
Yenixeber.org: Bu barədə şəhər bələdiyyəsinin sədri Muhiddin Böcek məlumat verib.
“Lara rayonundakı yanğınlarla həm havadan, həm də qurudan mübarizə aparırıq”, - bələdiyyə sədri bildirib.
Onun sözlərinə görə, hazırda Antalyada havanın temperaturu 37 dərəcə təşkil edir.