Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Asiyada NATO-Ya Qarşı Yeni Blok Formalaşıb -ANALİZ

Nüvə silahından birinci kim istifadə edəcək: Çin, ya ABŞ?

Yenixeber.org: NATO ilə Çin arasında gərginlik artıb. NATO baş katibi Yens Stoltenberq davamlı olaraq Çini Ukraynada işğalçı müharibə aparan Rusiyaya dəstək verməkdə ittiham edir. Stoltenberq hesab edir ki, Çin bu dəstəyə görə, beynəlxalq aləm qarşısında məsuliyyət daşıyır. Stoltenberqin fikrincə, Pekin “iki stulda oturmağa çalışır”. NATO baş katibinin nəyi nəzərdə tutduğu aydındır. Pekin həm Rusiya ilə strateji tərəfdaşlığını gücləndirir, həm də Avropa ölkələri ilə iqtisadi və ticarət ələqələrini üst səviyyədə saxlamağa çalışır. Stoltenberq bunun uzun çəkməyəcəyi qənaətindədir. Bu açıqlamaya baxmayaraq, Pekin hələ ki, balanası qorumağa müvəffəq olur. ABŞ-dan fərqli olaraq Avropa dövlətləri Çinlə ticarət əlaqələrini davam etdirməkdə maraqlıdırlar.

Avropa dövlətlərinin bir qismi Çinə qarşı sanskiya tətbiqidindən ehtiyat edirlər. Halbuki, Stoltenberqin fikrincə, Çin müxtəlif texnologiyalarını Rusiya ilə bölüşür. Buna misal olaraq Çinin Rusiyaya miktoelektronika məhsullarının satdığı göstərilir. Rusiya bundan raketlərin istehsalı üçün istifadə edir. Şimali Atlantika Blokunu həm də narahat edən Çinin Rusiya, İran və Şimali Koreya blokuna qoşulmasıdır. Əgər rəsmi Pekin Rusiya-Ukrayna müharibəsiylə bağlı ethiyatlı açıqlamalara üstünlük verirsə, Şimali Koreya açıq-aşkar Kremlin qonşu dövlətə qarşı müharibəsini dəstəkləyir.

Bu arada, Stokholm Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, Çin il ərzində nüvə başlıqlarının sayını xeyli artırıb. Bu onunla bağlıdır ki, Çin lideri Tsi Cinpin ölkə ordusunu modernləşdirir. Bunun davamı kimi Çin Rusiya və ABŞ-la müaayisədə nüvə arsenalını sürətlə artırmağa qərar verib.

2023-cü ilin əvvəlində Çinin 410 nüvə başlığı var idisə, 12 ay ərzində bu rəqəm 500-ə çatıb. Bu məlumatı “The Times” dərgisi Stokholm Sülh Araşdırmaları İnstitutunun hesabatına əsaslanaraq yayıb. Buna baxmayaraq, Çin nüvə başlıqlarının sayına görə, Rusiya və ABŞ-ın gerisindədir. Rusiya 4.300, ABŞ isə 3.700 nüvə başlığına malikdir. Çin getdikcə bu geriləməni azaltmağa çalışır. Bu ölkədə qitələrarası ballistik raketlərin nüvə başlıqalrı ilə təminatı prosesi sürətlənib. Çin ilk atom bombasını 1964-cü ildə sınaqdan keçirib. Bu ildən başlayaraq Çin nüvə dövlətinə çevrilib. Çinin 3 qonşusu – Hindistan, Pakistan və Şimali Koreya da nüvə dövlətləridir.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam