Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Günahlar sırayla üzündən ÖPƏR

 
Ən böyük vəhşidir yaranmış insan,
Rəhmi yox, öldürür iti, pişiyi.
Unudub bilməyir günahı san- san,
Saymayır, eşitmir böyük, kiçiyi.
*****
Heyvanın haqqı var, bizimki qədər,
Yaratdı onları bizi yaradan.
Baxsana, gözündə, üzündə kədər,
Allahım, seç özün ağı, qaradan...
*****
" Uyutmaq" "Öldürmək" eyni deyilmi?
Ey insan bu haqqı kim verdi sizə?...
Seyr edib baxırsan, gözəl seyirmi?!
Ayıl sən, bu günah nə verdi sizə!
*****
" Sosial" şəbəkə zar- zar ağlayır,
Bitməyib insanlıq imdad diləyir.
Nədir bu, insanlar niyə çaşıbdır,
Bir canlı gözünü bizə zilləyir...
*****
O böyük ölkənin sahibi yoxmu?
Hardadır Ərdoğan bir dillənsənə!
Əmir ver dayansın bu soyqrımlar,
İmza at ayılsın cana qıyanlar...
*****
Allahın qəzəbi üstünə çökər,
Zəlzələ, vəlvələ silkələr səni.
Başına göylərdən daşları tökər,
Günahlar sırayla üzündən öpər.
*****
Allahın qəzəbi rəhmindən ağır,
Qəzəbi tutarsa, bir "Ol" söyləyər.
Tövbə et bir anda Allahı çağır,
Pislərin içində yanacaq fağır...
*****
Doyurun qarnını o dilsizlərin,
Onların dili yox, möhtacdır bizə.
Cəzasın ver Allah, bu dinsizlərin,
 Tapmayıb bir loxma düşsünlər dizə...
20.06.2024.Təranə Şəms

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam