Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Planet eynidir, dünya fərqlidir

 
Bir azca düşündüm özüm- özümə
Bu fərqli həyatda nələr baş verir?
Dəng gəlsə misrada sözüm, sözümə,
Aş qoysam ocağa dönüb daş verir...
*****
Planet eynidir, dünya fərqlidir,
Düşünən beyindən görək nə sızar?
İnsanlar yaşayır yaşam müxtəlif,
Çoxları danışmaz, edər ahuzar.
*****
Biri ağdərili, digəri qara,
Dünyaya göz açıb irqi başqadır.
Yrəkləri sınıqdır qəlbləri yara,
Üzünə baxan yox ; dərdi başdadır...
*****
Başqa bir ölkədə su az tapılar,
Ümidlər bağlanar vaxta, gümana.
Dilidə ağzında çapıb çatılar, 
 Ürəklə bağlanıb dinə, imana,
*****
Gəlsənə bir baxaq, ötən günlərə,
 İsrail milləti qənim kəsilib.
Bunu yaxşı bilir əhli sünnələr,
Ölüm hökmü verib bəlkə minlərə.
*****
Qütsüdə dağıdıb viran qoydular,
Hər yerdən sürülür məzlum müsəlman.
Kafirlər şəhərə sahib oldular,
Allahı sevənlər etsədə üsyan...
*****
Bombalar partlayır yıxılır evlər,
İnsanlar qaçışır aman ölməsin.
Beləcə həzz alır qudurmuş DEVLƏR,
Yalvarır "qirıcı" kaşki dönməsin!...
*****
Başqa bir dünyada sellər, daşqınlar,
Uğuldayan burulğan füğan eyləyir.
Yarıac, yarıtox qaçan insanlar,
Yalvarıb Allaha qurban diləyir.
*****
Bax budur dünyamız təzadla dolu,
 İdarə edilir dünyamız belə.
  Tapaydıq ay Allah, kaş hüzür yolu,
Eh... qurban olmayaq bu daşqın selə...
*****
Çox təəssüf edirəm planet eyni,
 Bəs niyə yaranıb dünya müxtəlif?...
Yaranan insandı, düşünür zehni,
 Allahın rəhmindən qəzəb üflənib.
*****
Zəif bir ölkənin düşməni vardır,
"Hegamon" dövlətlər idarə edir.
 "Erməni"dilləndi yerimiz dardır,
Rusiya düşündü, nə mənə kardır?...
*****
Bizimlə qonşuydu "yaltaq" erməni,
Arxası möhkəmdi, fit çəkdi ruslar.
"Şovinist" ruslara; sən ver hay mənə,
Qarabaq bizimdir ayır pay mənə.
*****
Bu belə getməzdi, bir gün gəldi ki;
Millətim qalxaraq, öz sözün dedi:
Düşmənin bağrını elə dəldi ki,
Qorxudan erməni öz sözün yedi.
*****
Bir gözəl gəlindi Azərbaycanım,
Başına dərd oldu bu gözəlliyi.
Hər gələn bir azca nəfs salardı,
Sonunda qazandı bu ölməzliyi.
*****
 Allahdan pay idi nazı, neməti,
Nefitilə, qazıyla çox önə keçdi.
Başını dikəltdi, qalxdı qaməti,
Hegamon dövlərlər bizləri seçdi...
*****
 Quyunu qazmışdı özü düşməyə,
Rusiya meydanda indi tək qalıb.
Erməni çox çaşdı, rusla küsməyə,
Ukrayna istəmir "o"olsun qalib.
*****
 Sərhədlər çəkilsin, Ermənistana,
İnanmayaq dilinə zar- zar ağlasa.
Nifrətin üstünə nifrət səpilsin!
 Bal qatıb sözünə, yağla yağlasa!...
*****
Müxtəlif dünyadan bizdə pay aldıq,
Yaranış " planet" eyni olsada.
Qaraya boyanmış bizdə ay aldıq,
"Xocalı qiyamı" qismət olsada....
*****
Gör nələr görmüşük tarixlər boyu,
" Qardaş" olan o ruslar qanlar tökdülər.
20 yanvar günü 90 - cı il,
Soyqırım törədib canlar sökdülər.
*****
Ay ötüb, il keçdi təkləndi ruslar,
Siyasət mükəmməl, Türkiyə baxır.
Gör kimlər türklərə möhtacdı indi,
Fransa, Amerka həsədlə baxır...
*****
Gör budur, dünyanın feli gərdişi,
Əvvəlin sonu var, sonunda əvvəl.
Yazılır səlnamə tarix dərgisi,
Unutmaz yaranış olubdur əfsəl.
*****
Hadisə cəryandı yayılıb axır,
Kimini çarparsa, qalar qüsurlu.
Hər kəsə bir fərqli dünyadan baxır.
 Tarixlər yaranır sənəd, sübutlu.
*****
Yeni bir hadisə; İranda matəm,
Rəisi nə bilsin həyatı sönüb.
Bəlkədə qədəri belə yazılmış,
Yəqinki cəzası olubdu ölüm.
*****
Planet eynidir, dünya fərqlidir,
Əldə etdiklərin əlində qalmır.
İmtahan edilir, insan dərdlidir,
Kafir qiyaməti eyninə almır...
****
Qəzadan, qədərdən qaçmaq olmayır,
Dünənki yaşayan bu gün məhf olur.
Vurulmuş düyünü açmaq olmayır,
İnsanın ruhları belə zəbt olur.
*****
Allahın qəzəbi rəhmindən fərqli,
Şərik qoşan adına cazasın alar.
Müsəlmanam deyənin olmasa əqli,
Bir anın içində qəzaya salar.
*****
Bu fərqli dünyaya yaxşı baxın siz,
Kainat eynidir yaşamsa başqa.
Allahın adını dilə qatın siz,
Qisməti qovacaq hayana qaçsa...
Təranə Şəms. 20.05.2024

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam