Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Kamran Əliyev İraqın Ali Məhkəməsinin sədri və Baş prokuroru ilə görüşüb -FOTOLAR

Kamran Əliyev İraqın Ali Məhkəməsinin sədri və Baş prokuroru ilə görüşüb

İyulun 4-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan İraq Respublikası Ali Məhkəmə Şurasının sədri cənab Faiq Zidan və Dövlət Prokurorluğunun sədri Nacmu Abdullah Əhməd ilə görüşüb.

Yenixeber.org: Baş Prokuroluğun yaydığı xəbərə görə, qonaqları salamlayan Baş prokuror geniş tərkibli nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycanla İraq arasında hüquqi əməkdaşlığın uğurlu başlanğıcı kimi qiymətləndirib.

Kamran Əliyev hər iki dövlətin prezidentlərinin birgə səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində ölkələrimiz arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.

Baş prokuror cari ilin 29 sentyabr - 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirərək iraqlı həmkarlarını tədbirdə iştiraka dəvət edib.

Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin dünya ölkələrinin növbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Faiq Zidan iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, hüquq-mühafizə orqanları arasında cinayətkarlığa, xüsusilə də terrorçuluqla mübarizə sahəsində qarşılıqlı səmərəli əməkdaşlığın aparılmasının vacibliyini ifadə edib.

Tərəflər əlaqələrin möhkəmləndirilməsi istiqamətində müqavilə hüquq bazasının genişləndirilməsini müzakirə ediblər.

Görüşdə İraq Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Maki Resan Abdulla Əl-Mamori də iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam