Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Bakıda 24 təhsil müəssisəsində tibb xidməti yoxdur -RƏSMİ

 

Bakı şəhərində yerləşən 348 təhsil müəssisəsindən 324-də tibb xidmət təşkil olunub.

Yenixeber.org: Qeyd olunub ki, yalnız 24 müəssisədə uşaq sayı və yerləşdiyi ərazi, təhsil müəssisəsində şəraitin olmaması və s. səbəbdən hələ tibb xidməti ilə təmin edilməyib.

Təhsil müəssisələrində tibbi xidmətinin təşkili prinsiplərinin hansı formada həyata keçirilməsi məsələsinə gəlincə, bildirilib ki, “Təhsil haqqında” qanuna əsasən dövlət təhsil müəssisəsində ödənişsiz tibbi xidmətin təşkili qaydası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Təhsil müəssisələrində iaşənin və tibbi xidmətin təşkili Qaydası və Normaları” ilə tənzimlənir.

Bildirilib ki, bu qaydalara əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrində təhsilalanlar TƏBİB tabeliyində fəaliyyət göstərən ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin edilirlər:

“Müəssisələrdə tibb məntəqələrinin yaradılması isə həmin müəssisələrin səlahiyyətləri çərçivəsindədir. Ambulator tibb xidmətinin təşkili üçün təhsil müəssisəsində yaradılan həkim və ya tibb məntəqəsinə həkimin, eləcə də tibb bacısının birdəfəlik təhkim edilməsi üçün bu müəssisədə təhsil alan uşaq sayı və ərazi üzrə tibb müəssisələrinin ştatları nəzərə alınır. Yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası və uşaqların icbari dispanserizasiyası üzrə cavabdehlik uşağın hansı təhsil müəssisəsində təhsil almasından asılı olmayaraq məktəb həkim-pediatrı ilə yanaşı ərazi üzrə təhkim olunduğu həkim-pediatrın cavabdehliyindədir”.(“Report”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam