Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Lerikdə torpaq sürüşməsi - Lənkəran - Lerik yolu bağlandı-FOTO

 

Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb.

Yenixeber.org-un məlumatına görə, bu gün günorta saatlarında hava şəraitinin dəyişməsi və Lerik rayonunda güclü leysan, dolu düşməsi nəticəsində dağlarda torpaq sürüşməsi, uçqun baş verib.

Torpaq sürüşməsi əsasən Lerik-Lənkəran magistralının 37-ci kilometrliyində Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib. Hazırda əraziyə 52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Yolun qismən açıldığı bildirilir.

Rayon ərazisində axşama doğru hava şəraitinin daha da kəskin dəyişəcəyi bildirilir.

Hazırda yolun tam açılması istiqamətində işlər davam etdirilir.(APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam