Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -FOTOFAKT

“QURTULUŞ-93”-də EKOLOGİYAYA VURULAN ZİYANDAN ŞOK GÖRÜNTÜLƏR - VİDEO
Yenixeber.org: Xatırlayırsınızsa, bu yaxınlarda Abşeron rayonu Masazır qəsəbəsinin "Qurtuluş-93" yaşayış sahəsinin mərkəzində yaşıllıqların məhv edilərək yerində müxtəlif təyinatlı obyektlərin tikilməsi barədə məlumat vermişdik.
Belə ki, ərazidə yaşayan sakinlər may ayının əvvəlindən başlayaraq "Qurtuluş-93" yaşayış sahəsindəki "Ay Store" marketinin qarşısından "Yeni Bakı" yaşayış kompleksi istiqamətində salınmış yaşıllıqların məhv edilməsi və yerində müxtəlif təyinatlı obyektlərin tikilməsi ilə əlaqədar Tezadlar.az-a müraciət etmişdilər. Sakinlərin sözlərinə görə, bu günlərdə səhər yuxudan oyanıb görüblər ki, yol kənarındakı yaşıllıq məhv edilib, ağaclar kəsilib, bu gedişlə tezliklə ərazidə ağac, gül kolları qalmayacaq. Sakinlər xahiş etdilər ki, onların etirazını, şikayətini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə çatdıraq.
Sakinlər ağacların məhv edilməsinə, tikiləcək obyektin ərazisini yaşıl torla örtənlərə nəzarət edən şəxsə etirazlarını bildirsələr də, onlara "gedin işinizlə məşğul olun, özünüzə problem yaratmayın" deyiblər: "Məsələ ondadır ki, bir ağacın ətrafına kölgə salması, yaxud ağac halına gəlməsi üçün 5-10 il zaman lazım olur. Ancaq bunlar bir neçə dəqiqənin içərisində bu qədər ağacı, gül kollarını məhv ediblər. Ərazidə dəmir dirəklər quraşdırılanda əvvəlcə onları aşırdılar. Görünür, məhv edilmiş yaşıllığın yerində obyektin tikintisinə icazə verilməyib. Ancaq ərazinin yaşıl hasara alınmasından belə çıxır ki, aidiyyəti və cavabdeh qurumlar yaşıllığın məhv edilərək yerində obyek tikilməsinə yaşıl işıq yandırıblar".
Sakinlərin şikayətinə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən münasibət öyrənərkən məlum oldu ki, sözügedən ərazidə ağacların kəsilməsi ilə bağlı araşdırma aparılıb: "Təbiətə dəymiş ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Baş Prokurorluğa göndərilib".
Eyni zamanda, Abşeron Rayon İcra Hakimiyyəti də adı çəkilən ərazidə həqiqətən qanunsuz tikinti aparıldığını təsdiqləyib: "Sözügedən əraziyə baxış keçirilib və qeyri-qanuni tikintinin dayandırılması, həmçinin sökülməsi ilə bağlı müvafiq addım atılıb və söküntü işləri gedir".
Biz də ümid etdik ki, Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - iştirakçı sayına və miqyasına görə COP29-a 2024-cü ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi bir vaxtda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər cavabdeh qurumlar tərəfindən sözügedən ərazidə ağacların kəsilməsi ilə bağlı araşdırma aparılacaq və müvafiq tədbirlər görüləcək.
Ancaq redaksiyamızla yenidən əlaqə saxlayan sakinlər bildirdilər ki, hazırda sözügedən ərazidə tikinti-quraşdırma işləri aparılır. Sakinlərin redaksiyamıza göndərdiyi fotoları təqdim edirik. Bizcə, əlavə şərhə ehtiyac yoxdur.(Tezadlar)
20240620_084625
20240620_084630
20240620_084633
20240620_084635
20240620_084634



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam