Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Səbail İH-də şöbə müdiri sahibkarı aldadıb –Külli miqdarda borc işi…

bitmap-img6

Bakının Səbail rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Məmmədovun adı sahibkarla qalmaqalda keçir. 
Yenixeber.org: İş adamı Nadir İlyasov (ad şərtidir) Səbaill İH-nin şöbə müdiri İlham Məmmədov tərəfindən aldadıldığını iddia edib.
Şikayət məktubunda bildirilir ki, İH-də şöbə müdiri İlham Məmmədov təxminən bir il bundan qabaq Səbail rayonu ərazisində, “Jurnalistlər evi”nin yuxarısındakı torpaq sahəsini iş adamına satıb. Hətta ona həmin ərazidə bina tikilməsi üçün icazə aldığını bildirib. Məktubda deyilir ki, şöbə müdiri İlham Məmmədovun sözlərinə inanaraq, “yer pulundan” əlavə, ona tikinti üçün icazə sənədlərinin alınması məqsədilə külli miqdarda pul verib. Lakin bu günlərdə başa düşüb ki, onu aldadıblar.
Belə ki, ərazidə beşmərtəbəli bina inşa edən sahibkara tikinti prosesini yekunlaşdırmaq üzrəykən bildiriblər ki, icazə sənədləri yoxdur. “Dedilər ki, ümumiyyətlə, bu ərazi bina tikintisi üçün yaramır və buna görə də həmin bina sökülməlidir. İşin ən acınacaqlı tərəflərindən biri isə budur ki, həmin binanın sökülməsi sahibkarın özünə həvalə edilib. Bildirilib ki, əgər bina əlaqədar dövlət qurumları tərəfindən sökülsə, o zaman söküntü xərcləri sahibkardan alınacaq”.
Hadisədən sonra iş adamı Səbail İH məmuru İlham Məmmədovla dəfələrlə görüşsə də, icra başçısının “sağ əli” olan şöbə müdirinə verdiyi külli miqdarda vəsaitdən bir manat da olsun geri ala bilməyib. O deyib ki, iflas həddinə çatıb və başına gələnlərlə bağlı ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır.(Tribunainfo)
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam