Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? -FOTOLAR

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? – FOTO
       Bakının Xətai rayonunda daha bir obyektin səkidə tikildiyi iddia olunur.

Yenixeber.org: Rayonun Neapol küçəsi 5 ünvanında yerləşən tikilinin qeyri-qanuni olduğu bildirilir.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Pravda.az-a bildirib ki, obyekt yeni deyil və xüsusi mülkiyyətdədir: “Rayonda abadlıq-quruculuq işləri həyata keçirilərkən sahibkarlara tövsiyə edilir ki, obyektlərini müasir memarlıq üslubuna uyğunlaşdırsınlar. Həmin obyektdə də təmir işləri həyata keçirilib”.

Sözügedən ünvandakı tikili barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Aritektura Komitəsindən də bildirilib ki, tikili yeni deyil, xüsusi mülkiyyətdədir. Hazırda orada təmir işləri aparılır.

Qeyd: Son 1 ay ərzində Xətai Rayon İcra Hakimiyyəti bənzər məlumatlarla bağlı bütün sorğuları cavabsız qoyub.

Xatırlatma: Xətai rayonunun hazırda icra başçısı Rafiq Quluyevdir. O, 1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri  vəzifələrində çalışıb. 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Başçının müavini,  2013-cü il dekabrından 12.11.2019-cu il tarixədək başçının 1-ci müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.Pravda.az


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam