Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Lənkəran Şəhər Bələdiyyəsinin saxtakarlığı:bir ailə evsiz qalıb

Lənkəran Şəhər Bələdiyyəsinin saxtakarlığı:

 

“Bələdiyyə sədri güclü imkanlara və rıçaqlara malik olduğu üçün hakimə qanuni qərar qəbul etməyə imkan vermir”

 

Yenixeber.org: Redaksiyamıza Lənkəran şəhər sakini Ramazanova Xırdaxanım Əkbər qızının  Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım M.Əliyevaya, Azərbaycan Respublikasının Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab F.Məmmədova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova, Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin sədri cənab R.Ağayevə ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində Lənkəran Şəhər Bələdiyyəsi tərəfindən qarşılaşdığı haqsızlıqdan və nəticədə üç oğlu ilə evsiz qalmasından bəhs edir. Bugünə qədər problemə müxtəlif instansiyalarda baxılsa da ədalətli nəticə yoxdur. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:  

           

 Lənkəran Şəhər Bələdiyyəsinin saxtakarlığı:

Möhtərəm Birinci Vitse Prezident!

Hörmətli Ədliyyə Naziri!

Hörmətli Baş Prokuror!

Hörmətli Apellyasiya Məhkəməsinin Sədri!

Mən 4 uşağı atasız böyüdüb boya-başa çatdıran tənha ana, 3 əsgər anası kimi, ölkə vətəndaşı kimi fəxr edirəm və qürur hissi keçirirəm ki, doğma Azərbaycanım Heydər dövlətçiliyinin gücü və qüdrəti sayəsində, möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti və bu sahədə dövlət başçısının ən yaxın silahdaşı 1-ci Vitse Prezident  Mehriban xanım Əliyevanın gərgin əməyi, çoxşaxəli müdrik fəaliyyəti nəticəsində tərəqqiyə çatmaqla dünyada söz sahibinə çevrilmişdir.

Ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən tərəqqi xalqımızın öz dövlətinə və Prezident İlham Heydər oğlu Əliyev cənablarına olan inamında yeni tarixi bir mərhələnin başlanğıcını qoymuşdur. Biz bu tarixi prosesin canlı şahidləriyik. Bu mərhələnin dayaqları vətəndaş məmunluğunun özülündə bərqərar tutmuşdur. Bu onu göstərir ki, İlham-Xalq birliyi əbədi sarsılmazdır.

Lənkəran Şəhər Bələdiyyəsinin saxtakarlığı:

Хаlqımız öz müstəqilliyindən məmnundur və bu müstəqilliyi müdrik bir uzaqgörənliklə qoruyub saxlayan Ulu Öndər Heydər Əliyevə və onun siyasi varisi möhtərəm prezidentimiz İlham Əliyev cənablarında əbədi minnətdardır!!! Necə ki, Rusiya torpağı Mininə və Pojariskiyə minnətdardır və yaxud da böyük Türkiyə Kamal Atatürkə necə də minnətdardır!

Ancaq ömrümün və talehimin belə gözəl çağlarında elə bir Haqsızlıq və Qanunsuzluqla rastlaşmışam ki, heç kəs inanmır?! Çünki Heydər dövlətçiliyinin bərqərar olduğu Azərbaycanda belə bir özbaşınalığın və anarxiyanın baş tutacağına heç bir münbit sosial-hüquqi şərait yoxdur. Amma Lənkəran şəhər Bələdiyyəsinin sədri özünü xəlvətdə hiss edib qanunları tərsinə yozub öz qaydalarını bələdiyyə işinə tətbiq etməklə vətəndaşları dövlətdən narazı salan fəaliyyətindən həzz alır.

Vətəndaşların torpaq mübahisələri üzrə məhkəmədə baxılan bütün işlərdə müvafiq torpağın şəhər Bələdiyyə mülkiyyətində olması barədə Lənkəran şəhər Bələdiyyəsinin sədri can-başla lazımı arayışları təqdim etmişdir. (Belə qətnamələrdən birini şikayətə əlavə edirəm bax. 5səhifə, 3-cü abzas).

30 ildən yuxarı müddətdə ailə üzvlərim ilə birlikdə (1985-2017) mülkiyyətçi hüquqları ilə idarə etdiyim torpaq sahəsinin mənə həyətyanı torpaq sahəsi kimi satılması barədə Lənkəran şəhər Bələdiyyəsinə ərizə ilə müraciət etdim. (Acınacaqlı hal odur ki,

Lənkəran Şəhər Bələdiyyəsinin saxtakarlığı:

30 ildən yuxarı müddətdə mənə həyətyanı torpaq sahəsi verilməmişdir). Bələdiyyə sədri özünün 15 mart 2016-cı il tarixli məktubu ilə belə cavab vermişdir ki, - “bildirirəm ki, qayınatanıza məxsus olan ev hal-hazırda qaynınız Şahvəli Ramazanovun adınadır və o, bu barədə DƏRDX-dən mülkiyyət hüququna çıxarış almışdır. Həyətyanı torpaq sahəsinin 600 kv/metri onun mülkiyyətinə yerdə qalan 17 sot zəbt olunmuş torpaq sahəsi isə onun istifadəsində qeydə alınmışdır”.

Halbuki, qaynım Şahvəlinin adına olan Çıxarışda mülkiyyətində yalnız 6 sot torpaq sahəsinin olması göstərilmiş zəbt kimi isə 17 sot torpaq sahəsinin qeydə alınması göstərilməmişdir.

Bələdiyyə Sədrinin birinci saxtakarlığı bu faktdan ibarətdir.

İkinci 3-cü şəxs kimi işə cəlb olunmuş qaynım Şahvəli Ramazanovun apellyasiya şikayəti üzrə işə apellyasiya baxışında işə baxan hakim Z.Zeynalovun “xüsusi” göstərişi ilə apellyasiya məhkəməsinə təkrar 18 may 2017-ci il tarixli məktubu ilə tamam fərqli cavab vermişdir ki, -“Sizin 12 aprel 2017-ci il tarixli, 2-1 (106)-89/2017 saylı məktubunuzla əlaqədar bildirirəm ki,  Ramazanova Xırdaxanım Ələkbər qızının qaynı Ramazanov Şahvəli Əmrah oğlu 15 yanvar 2016-cı il qeydiyyat tarixli, 2215006702 qeydiyyat nömrəli çıxarışla yaşadığı fərdi yaşayış evini və 600 kv.m həyətyanı torpaq sahəsini mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsində qeydiyyata aldırmış və eyni zamanda 1170.5 kv.m zəbt olunmuş həyətyanı torpaq sahəsi Ş.Ramazanovun istifadəsində olan torpaq sahəsi kimi qeyd edilmişdir. Bələdiyyə həmin torpaq sahəsini satmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsində özünün mülkiyyət hüququnu tanıtdırmaqla çıxarış almalı və satılması barədə ilk növbədə torpağın qanuni istifadəçisinə (Ramazanov Şahvəli Əmrah oğluna) təklif etməlidir. Yalnız təklifdən imtina olunduğu halda həmin torpaq sahəsi Ramazanov Xırdaxanım Ələkbər qızına satıla bilər”.

Bələdiyyə sədrinin məzmun və mahiyyət etibarı ilə dəyişməz olan fakta ikili standartda mövqe bildirməsi aydın şəkildə görünür. Əgər mənim sahibliyimdə olan torpaq sahəsi Bələdiyyə mülkiyyətində olmamışdırsa Bələdiyyə sədri mənə və 1-ci instansiya məhkəməsinə verdiyi cavablarda (sorğularla bağlı) niyə və hansı səbəblərə görə bunu göstərməmişdir ki, mülkiyyətçi deyildir.

Bu da Bələdiyyə Sədrinin ikinci saxtakarlığı.

1985-ci ildən üstündə ev tikdiyim yuxarıda qeyd etdiyim torpaq sahəsinə və yaşadığım evə mülkiyyətə dair sənəd ala bilmirəm. 3 oğlumu əsgər göndərmişəm,
1 qız gəlin köçürmüşəm, hələ də həyətyanı torpaq sahəmi sənədləşdirə bilmədiyimə görə oğlanlarımı evləndirə bilməmişəm. Bunun yeganə səbəbi Lənkəran şəhər Bələdiyyəsinin sədri, qohumu işdə 3-cü şəxs kimi iştirak edən Ramazanov Şahvəlini saxtakarcasına müdafiə etməsindədir. Şahvəlinin mülkiyyətində qanuni 6 sot torpaq sahəsi olduğu üçün Bələdiyyə sədri deyir ki, sizin yaşadığınız və üstündə ev tikdiyiniz 10 sot torpaq sahəsi Şahvəliyə satılmalıdır. Halbuki, mənim istifadəmdə və sahibliyimdə olan torpaq sahəsinin və yaşadığım evin Şahvəlinin evi və torpağı ilə heç bir əlaqəsi yoxdur. Bu əmlaklar bir həyətdə olduğu üçün Bələdiyyə sədri bundan sui-istifadə edir.

Lənkəran Şəhər Bələdiyyəsinin saxtakarlığı:

Mənim Lənkəran şəhər Bələdiyyəsinə qarşı torpağın mənə satılması (həyətyanı torpaq kimi) barədə iddiam 1-ci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. 3-cü şəxs kimi işə cəlb edilmiş Şahvəli Ramazanovun apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində hakim Z.Zeynalovun sədrliyi ilə baxılır. Bələdiyyə sədri güclü imkanlara və rıçaqlara malik olduğu üçün hakimə qanuni qərar qəbul etməyə imkan vermir. Bələdiyyə sədri saxtakarlıq edərək məhkəməyə təqdim etdiyi 18 may 2017-ci il tarixli məktubunda göstərir ki, Lənkəran şəhər Bələdiyyəsi öz mülkiyyət hüququnu hələ qeydə aldırmamışdır. Əgər Bələdiyyə mülkiyyətçi deyildirsə 1999-cu ildən hal-hazıra kimi Lənkəran şəhərində yüzlərlə vətəndaşa həyətyanı torpaq sahəsi və kommersiya təyinatlı işlərin görülməsi üçün 10 hektarlarla torpaq sahəsini necə sata bilmişdir???

İşə sədrlik edən hakim Z.Zeynalov da Bələdiyyə sədrinin saxta sənədlərini qanuni hesab edir, işdə olan ziddiyyətləri Mülki Prosessual Qanunvericiliyə uyğun həll etmək üçün heç bir araşdırma (mübahisə edilən torpağa və evə baxışın keçirilməsi, torpaq-tikinti ekspertizanın keçirilməsi, Bələdiyyənin ziddiyyətli, saxta sənədlərinin yoxlanması, işdə preyudisial əhəmiyyət daşıyan Lənkəran rayon Məhkəməsinin 2015-ci il tarixli qətnaməsi) aparmaq istəmir, açıq-aşkar birtərəfli mövqe tutaraq iş üzrə həqiqətin müəyyən olunmasına imkan vermir.

Ən acınacaqlı fakt odur ki, mənim həyətyanı torpaq sahəsinə malik olmaq kimi konstitusion hüququmun 30 il müddətdən yuxarı olan bir dövr ərzində pozulmasına hakim Z.Zeynalov adi hal kimi baxır.

Bu barədə Şirvan Apellyasiya Məhkəməsinin Sədri cənab R.Ağayevə
2 dəfə teleqramla müraciət edib məlumat vermişəm. Apellyasiya Sədrinə təşəkkürümü bildirməklə minnətdarlıq edirəm ki, hakim Z.Zeynalovun qanunsuz və ədalətsiz qətnamə çıxarmasına bu günə kimi hələ imkan verməmişdir. Açığını bildirirəm ki, məhkəmə sədri olmasaydı hakim Z.Zeynalov çoxdan məni 3 oğlumla birlikdə doğma Azərbaycanımda-vətənsiz, yurd-yuvasız və ev-eşiksiz  qoyacaqdı.

Möhtərəm Birinci Vitse Prezident!

Hörmətli Ədliyyə Naziri!

Hörmətli Baş Prokuror!

Hörmətli Apellyasiya Məhkəməsinin Sədri!

Mən dünyada söz sahibi kimi tanınan və tərəqqidə olan doğma Azərbaycanıma layiq olan vətəndaş və Heydər dövlətçiliyinə sadiq olan lənkəranlı kimi dərindən əminəm ki, mənim bu imdad müraciətim xalqın içindən gələn bir səs kimi qəbul olunacaq və göstərdiyim faktlar dərindən və hərtərəfli yoxlanılmaqla qanunların Aliliyinin təmin olunmasında Heydər dövlətçiliyinin və İlham-Xalq birliyi təcəssümünün bəşəri əhəmiyyəti bir daha təsdiq olunacaqdır”.

 

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam