Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Deputatlarımız britaniyalı həmkarları ilə görüşüb -FOTOLAR

Azərbaycan və Britaniya deputatlarının görüşü keçirilib

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Davamlı İnkişaf üzrə Daimi Komitənin iclası çərçivəsində Azərbaycan və Böyük Britaniya nümayəndə heyətlərinin görüşü keçirilib.

Yenixeber.org: Milli Məclisin deputatları Soltan Məmmədov və Sevil Mikayılovanın iştirak etdiyi görüşdə əməkdaşlığın müxtəlif aspektlərinə dair müzakirə aparılıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri COP29 sessiyasına hazırlıqla əlaqədar ölkəmizin həyata keçirdiyi tədbirlər haqqında məlumat veriblər. Milli Məclisin Parlamentlərarası İttifaqla əməkdaşlığı çərçivəsində COP29 tədbirində təşkil olunması nəzərdə tutulmuş müzakirələr haqqında fikir mübadiləsi aparılıb. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə parlamentlərin fəal iştirakını təşviq edilməsinin zəruriliyi qeyd olunub. Parlamentlərarası İttifaq çərçivəsində əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi üçün qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Azərbaycan parlamentinin üzvləri Cənubi Qafqazda mövcud vəziyyət, Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılmış addımlar, ölkəmizin təklif etdiyi sülh gündəliyinə dair ətraflı məlumat veriblər. Milli Məclisin deputatları britaniyalı həmkarlarının regional təhlükəsizlik, Ermənistanla sülh müqaviləsinin imzalanması perspektivləri, eləcə də Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafı ilə bağlı suallarının cavablandırıblar.

Görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsinin ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm rola malik olduğu qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam