Onlara silahı biz göndəririk – İran təsdiqlədi
HƏMAS-a silahı biz göndəririk.
Yenixeber.org xəbər verir ki, bu sözləri İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani NBC kanalına müsahibəsində deyib.
“Fələstinə gəlincə, biz onlara silah göndəririk, onları öyrədirik və onlara güc veririk”, - o vurğulayıb.
Buna baxmayaraq, İrəvani Tehranın husilərə silah göndərdiyini təkzib edib.