Redaktor seçimi
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Günün xəbəri

Azərbaycan tarixində ilk : Bütün ölkə üzrə səsvermə başladı

 

Saat 08:00 etibarilə ölkə üzrə bütün seçki məntəqələri açılıb və səsvermə başlayıb.

Yenixeber.org xəbər verir ki, ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb.

Hazırkı prezident seçkiləri müstəqilliyimiz tarixində ilk dəfə olaraq bütün ölkəmizi əhatə edir. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də 23 mindən çox seçici 26 seçki məntəqəsində səs verəcək.

Prezident seçkilərində 7 namizəd mübarizə aparır: İlham Əliyev, Zahid Oruc, Razi Nurullayev, Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev və Fuad Əliyev.

Qeyd edək ki, səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

Seçki məntəqələri saat 19:00-da bağlanacaq və səslərin sayımı başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam