Türkiyədə avtobus aşıb , 4 nəfər ölüb, xeyli yaralı var
Türkiyənin Kastamonu şəhərində ağır yol qəzası olub.
Yenixeber.org xəbər verir ki, şəhərin Taşköprü rayonunda avtovusun tarlaya aşması nəticəsində 4 nəfər ölüb, çoxlu sayda yaralı var.
Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
Əraziyə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub.(“TRT Haber”)