Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Elnur Abdullayevin batan, amma qazanclı projesi: “HABER GLOBAL” –FOTO

 

 

III YAZI

Medianın hansı durumda olduğunu uzun uzadı şərh etməyə gərək yoxdur. Durum göz qabağındadır. Qruplaşmalar, dartışmalar, maliyyə maxinasiyaları və sairə. Bunlar hamısı günümüzün reallıqlarıdır.

Yenixeber.org: Ötən gün həmkarlarımdan biri mövcud vəziyyəti yaxşı izah eləmişdi. O yazır: “Bir vaxtlar baş redaktorlar evini satıb qəzet buraxardılar, indi isə baş redaktorlar qəzetini və qələmini satıb ev alırlar”.

Bu arada Media İnkişaf Agentliyi medianı şou-biznes səviyyəsində gördüyündən jurnalistlər üçün konsert proqramı təşkil edib. Pis başlanğıc deyil.

Ötən yazılarımda medianın satın alınmasının yeni formulu barədə yazmışdım. 51/49 məsələsini oxucuların diqqətinə çatdırmışdım. Bildirmişdim ki, Elnur Abdullayev özünə yeni bir komanda qurub və saytları pul qarşılığında alıb. Amma təkcə saytları deyil, elə onların rəhbərlərini də pulla satın alıb.

Bu dəfəki mövzumuz isə Elnurun “ciddi layihələrindən” biri olan və hər il milyonlarla manat pul xərclənən Türkiyədə yayımlanan “Haber Global” telekanalı ilə bağlı olacaq.

Bir neçə il bundan əvvəl Türkiyədə Elnur Abdullayev tərəfindən yaradılmış sözügedən telekanalın əsas devizi “Türkiyənin özgür səsi”dir. Bu barədə bir söz deyə bilmərəm. Çünki bu kanalla bu yazı əsnasında maraqlanmışam və çox da böyük olmayan araşdırma aparmışam. Hərçənd Türkiyə kanallarını mümkün qədər mütəmadi izləyən biriyəm.

Vəziyyət belədir. “Haber Global” İstanbulda, Huzur Mahallesi, İmam Çeşme Yolu Cd. No: 10, 34396 Sarıyer ünavnında yerləşir. TV-nin idarə heyətinin rəhbəri Elnur Abdullayevdir. Onun müavini

Hüseyin Karataş, genel müdiri Məmməd Gülməmmədovdur. O, Gülməmmədov ki, Aabdullayevin göndərdiyi tezisləri nəzarətdə olan saytlara ötürür, onların dərc olunmasına nəzarət edir.

Bu telekanalın Türkiyədə yaradılmasının başlıca məqsədi üzdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, Türkiyədəki siyasi proseslər barədə xəbər yaymaq və rəsmi Ankara və Bakının maraqlarını müdafiə etməkdir. Bu ideya olaraq, çox gözəldir və təqdir olunmalıdır. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, Haber Global TV haqqında bu xoş sözlər yalnız kağız üzərindədir. Niyəsini yazı boyunca izah edəcəm.

Əslində, “Haber Global” TV SOCAR-ın pul yuma, Elnur Abdullayevin isə pul qazanma layihələrindən biri kimi təqdim oluna bilər. Çünki bu kanala formal olaraq Məmməd Gülməmmədov rəhbərlik etsə də, reallıqda TV-ni idarə edənlər Elnur Abdullayevin xanım tanışlarıdır. Sual edə bilərsiz ki, bəlkə həmin xanımlar Gülməmmədovdan televiziyaçılıq sahəsində daha peşəkardırlar? Təəssüf ki, belə deyil. Bu gün həmin kanalı idarə edən Abdullayevin xanım dostlarının televiziya haqqında anlayışları elə mənim kosmonavtika haqqında anlayışlarım qədərdir. Bu da o deməkdir ki, mənim kosmonavtika haqqında anlayışım, 100 ballıq şkala ilə 0.2 bala bərabərdir.

Bəzi məlumatlara görə, telekanalın rəhbərliyi aylıq 300 min manat maaş alır. İşçilərin orta aylıq əmək haqqısı təxminən 11-15 min türk lirəsi civarında hesab olunur. Hətta 30 min lirə maaş alan əməkdaşların olduğu da deyilir. Ümumilikdə isə “Haber Global”ın illik büdcəsinin 30 milyon manat olduğu iddia edilir. Hərçənd bu olduqca ciddi rəqəmdir. Təbii ki, bunlar iddiadır. Əlimdə bu barədə tutarlı faktlar mövcud deyil. Eyni zamanda, bu rəqəmlər barədə deyilənlər elə Abdullayevin yaxın çevrəsindən gələn xəbərlərdir.

Elnur Abdullayevin hədəfi Azərbaycanı Türkiyə üzərindən dünyaya tanıtmaq və ya təbliğ etmək deyil. Bayaq qeyd etdiyim kimi, “Haber Global” onun pul qazanmaq layihələrindən biri hesab olunmalıdır.

Yenə də sual edə bilərsiz ki, axı, “Haber Global”ın işinin öhdəsindən gəlmədiyini necə izah edə bilərsən? Bunu izah etmək elə də dəhşətli iş deyil. Sizə bu yazımda təqdim edəcəyim reytinq cədvəli hər şeyi açıqlayacaq.

Deməli, Türkiyədə yayım edən yerli telekanalların illik reytinq cədvəlləri tutulur. Hər telekanal bu reytinq cədvəlindəki mövqeyini düzəltmək üçün çalışır. Bu normaldır. Belə sorğular təşkil edən təşkilatlardan biri də Türkiyədə bu sahədə nüfuzlu təşkilatlardan biri olan “SAROS” Araşdırma Mərkəzidir. 2020-ci ilin dekabr ayında bu təşkilat “Ən çox güvəndiyiniz xəbər kanalı hansıdır?” adlı sorğu keçirib. Həmin sorğuda iştirak edən tamaşaçıların 9.7 faizi yerli telekanalları izləmədiyini bildirib. Amma xəbərinə güvəndikləri kanallar sırasında ilk sırada FOX TV dayanıb ki, onun xəbərlərinə etibar səviyyəsi 26.1 faizdir. Növbəti sıralamanı 12.1 faizlə TRT, 11.3 faizlə Ahaber, 10.5 faizlə NTV tutub.

Təsəvvür edin ki, hər il dövlət büdcəsindən milyonlarla manat pul ayrılan “Haber Global” telekanalı bu reytinqdə sonuncu yerdə qərarlaşıb. Tamaşaçının bu kanalın xəbərlərinə güvənmə səviyyəsi 0.2 faizdir.

Sizcə, hər il milyonlarla manat pul xərclənərək, “Azərbaycanı təbliğ edirik” deyib, hansısa dairələrin gözünü boyamağın adı nədir? Ümumiyyətlə, Elnur Abdullayevin bununla bağlı nə kimi tutarlı əsaslandırması ola bilər? 0.2 faizlik güvəncəyə nə ad verə bilər? Halbuki 2020-ci ildə Azərbaycan və Türkiyə üçün xüsusi önəm daşıyan bir sıra hadisələr yaşanıb. Ttürkiyə üçün Liviya hadisələri, Suriya olayları, Aralıq dənizi gərginliyi, daxldə siyasi partiyaların çəkişmələri və sairə. Azərbaycanda isə Tovuz təxribatları, ardından 44 günlük Vətən Müharibəsi kifayət qədər dünyanın diqqətini çəkən olaylardan biri olub. Bu ciddi hadisələr fonunda Azərbaycanın haqq səsini dünyaya çatdırmağı öhdəsinə götürmüş bir telekanalın isə reytinqi yerlərdə sürünür. Daha doğrusu, “Haber Global” ölüb, yerdən götürəni yoxdur.

TRT, FOX TV, CNN Türk və digər türk kanalları “Haber Global”dan çox iş görür, daha yaxşı təbliğat aparırsa, o zaman bu TV-yə hər il milyonlarla manat vəsait xərcləməyin adı nədir?

Elnur Abdullayevə bir sual verib, bununla da yazımı yekunlaşdıracam. Madam televiziyaçılıqdan xəbəri olmayan, sırf səninlə dost və isti münasibətə malik olduqlarına görə “Haber Global”ın başında oturtduğun xanımlara dövlətin pulu ilə bir TV yaradacaqdınsa, bunu Bakıda kiçik maliyyə hesabına xırda bir internet tv açmaqla da edə bilərdin. Onsuz da Bakıda açdığın internet tv-lər elə həmin xanımların səviyyəsindədir. Daha dövlətin milyonlarla manat vəsaitini aparıb Türkiyədə havaya sovurmağın adı, məqsədi və məramı nədir?

Sualıma cavab istəmirəm. Çünki cavabını yaxşı bilirəm.

Bu arada, Media İnkişaf Agentliyinin İdarə Heyətinin başına Elçin Şıxlını gətirməklə, nəyəsə nail ola biləcəyini düşünmə. Çünki bu, onluq iş deyil. Daha doğrusu, düşündüyün oyunları onunla oynaya bilməyəcəksən.

Fikrət Fəraməzoğlu 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam