SEPAH və “Hizbullah” husilərə belə kömək edir...
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Livanın radikal “Hizbullah” qruplaşmasının komandirləri Yəməndədir.
Yenixeber.org: Komandirlər husilərə Qırmızı dənizdə üzən gəmilərə edilən hücumların idarə edilməsi və nəzarətdə saxlanmasına kömək edirlər. Başqa bir sözlə husilərə ciddi təlim keçirlər.
Bundan başqa husiləri silahlandıran və maliyyələşdirən İran, oktyabrın 7-də İsrailə hücumdan sonra başlayan Qəzza müharibəsi zamanı “HƏMAS” və milislərə silah satışını artırıb.(“Reuters”)