Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

"İdman və media bir arada : Azərbaycan idman təhsilində böyük dəyişikliklər"- FOTOLAR

 

Yanvarın 18-i Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) kütləvi informasiya nümayəndələri üçün media-tur təşkil olunub.

Yenixeber.org: Azərbaycan idman təhsilinin potensialını nümayiş etdirmək, yeni perspektivləri ortaya çıxarmaq üçün təşkil olunan tur zamanı KİV nümayəndələri akademiya ilə yaxından tanış olub.

Multimedia Mərkəzi, Elmi-tədris laboratoriyası, yeni istifadəyə verilmiş III tədris binası və beynəlxalq standartlara cavab verən üzgüçülük hovuzuna baxış keçirilib. Daha sonra qonaqlara akademiyanın ikili diplom və beynəlxalq magistratura proqramları haqqında geniş məlumat verilib. Vurğulanıb ki, akademiyada İngiltərənin Koventri və Rusiya Federasiyasının MGİMO universiteti ilə ikili diplom və tərəfdaşlıq proqramı çərçivəsində “İdman jurnalistikası”, “İdman menecmenti”, “İdman tibbi və reabiltasiya” ixtisasları üzrə magistr proqramları təsis olunub və məzun tələbələr üçün geniş imkanlar təklif edilir. 

Turun əsas məqsədi idman təhsili və media sahəsində əməkdaşlıqların artırılması və mövcud imkanların daha geniş auditoriyaya çatdırılmasıdır.  

“Cənubi Qafqazın ən böyük idman akademiyası olan ASAPES-də 7000-ə yaxın tələbə təhsil alır. Hazırda akademiyada bakalavr üzrə 7, magistr üzrə 4, doktorantura üzrə 2 ixtisas mövcuddur. Ölkəmizin idman gələcəyi üçün bir çox xarici universitet və 30-dan çox beynəlxalq dərəcəli ekspertlərlə əməkdaşlıq edərək, peşəkar idman mütəxəssisi yetişdirməyə davam edirik.”

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam