Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu sürücülər 150 manat -CƏRİMƏLƏNƏCƏK

 

Bakıda sürücülərin yollarda tez-tez rastlaşdığı xoşagəlməz hallardan biri də əks istiqamətdə hərəkət edərək digərinin qarşısını kəsmə hallarıdır. 

Yenixeber.org-un xeber berir ki, sürücülərin əks yola çıxmaq istəyi tıxacda qalmamaq və mənzilbaşına tez çatmaq məqsədi daşısa da, bunu etdikləri halda ən yaxşı halda bir neçə sürücünün qarşısını kəsir, ən pis halda isə qəza, tıxac və oxşar hadisələrə səbəb olurlar. 

Sosial şəbəkədə yayılan görüntülərdə daha bir qrup sürücünün əks yola çıxma halları müşahidə olunub. Əks yola çıxan maşınlar faktiki olaraq digər istiqamətdə gedən sürücüyə hərəkət etməkdə çətinlik yaradıblar. 

Bəs, bu kimi halların qarşısını almaq üçün qanunvericilikdə cərimələr nəzərdə tutulubmu? Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, nəqliyyat vasitələri əks istiqamətli nəqliyyat axını hərəkət zolağına keçərək qaydanı kobud pozmuş olublar: "İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, bu kimi hallara görə 4 cərimə balı yazılır və 150 manat cərimə tətbiq edilir. Bu sürücülər anlamalıdır ki, bu kimi qayda pozuntularına yol verməklə həm özləri, həm digər sürücülər, həm də piyadaların həyatlarını riskə atmış olurlar. 

Bu gün qəzaların baş verməsinin əsas səbəblərindən biri də sürücülərin əks istiqamətdə hərəkət zolağına çıxmasıdır ki, bəzən həmin yerlərdən piyadalar çıxır. Eləcə də digər sürücülərin haqlı narazılığına səbəb yaradır. Hətta bu kimi qayda pozuntuları tıxacların yaranmasına da səbəb olur. 

Həmin sürücülər DYP əməkdaşları, eləcə də xüsusi texniki vasitələr tərəfindən aşkarlandığı təqdirdə qanunla müvafiq tədbirlər həyata keçirirlir".(BAKU)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam