Blinken Qəzzada atəşkəsdən danışdı:problemi əbədiləşdirəcək
HƏMAS-a qarşı zəfər qazanılmadıqca atəşkəs elan edilməsi sadəcə problemi əbədiləşdirəcək.
Yenixeber.org: Bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.
“HƏMAS var olduğu, təxribat qabiliyyətini itirmədiyi müddətcə və 7 oktyabr hücumlarını təkrarlamaq niyyətini bəyan etdiyi halda atəşkəsdən danışmaq sadəcə problemi əbədiləşdirər”, - deyə dövlət katibi bildirib.