Zelenski Krimdan danışdı:qaytarmaq daha asandır
Ukrayna üçün Krımı qaytarmaq daha asandır, çünki orada hərbi əməliyyatlar olmayıb, lakin Donbasda hər şey çox çətin olacaq.
Yenixeber.org: Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
"Donbasın böyük hissəsi işğal olunub və maksimum dərəcədə hərbiləşdirilib”,- Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, Donbası qaytarmaq psixi cəhətdən də daha çətindir, çünki orada 10 il təmas xətti olub və davamlı döyüşlər gedirdi.