Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

ASAPES-də beynəlxalq elmi  konfrans keçiriləcək...-İKİ GÜNLÜK

 
30 noyabr - 1 dekabr 2023 tarixlərində Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda II beynəlxalq elmi konfrans keçiriləcək.
YeniXeber.org Konfransın əsas məqsədi idman elmlərində müasir nəzəriyyələri, yeni tendensiyaları müzakirə etmək, idmanla bağlı müxtəlif sahələrin təmsilçiləri arasında fənlərarası fikir mübadiləsi aparmaqdır.
Konfransda respublikamızın bədən tərbiyəsi və idman sahəsindəki görkəmli mütəxəssisləri ilə yanaşı Böyük Britaniyanın London Kollec Universiteti (UCL), Portsmouth Universitetinin, Keele Universitetinin, Belqrad Universitetinin və digər ali məktəblərin professor heyətinin iştirakı gözlənilir.
Maykl Pol Luzmor, Paulina Mariya  Kloskovska, Amanda Ceyn Pinkney, Kolin Raymond Gibson, Denis Remedios, Endryu Len, Con Pol Bakli, Roman Yahoda, Bryus Paton, Amanda Ceyn Pinkney kimi beynəlxalq səviyyədə tanınmış mütəxəssislər öz bilik və təcrübələrini konfrans iştirakçıları ilə bölüşmək üçün ölkəmizə səfər edəcəklər.
Konfransın Four Seasons Hotel Baku otelində keçiriləcək ilk günündə idman elminin idman psixologiyası, idman tibbi, idman menecmenti və idman hüququ kimi istiqamətləri üzrə aktual mövzularda məruzələr təqdim ediləcək.
Konfransın ikinci günü idman elminin müxtəlif sahələrini əhatə edən praktiki təqdimatlar və müzakirələrlə ASAPES-də davam edəcək.
Konfransın təşkilat komitəsi media nümayəndələrini tədbirə dəvət edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam