Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü -FOTO

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü

Sərfəli xidmətləri ilə yanaşı cəmiyyətə dəyər qatan təşəbbüşləri ilə fərqlənən “Nar” Beynəlxalq Biznes Mükafatlarında “İlin Kommunikasiya və ya PR kampaniyası” nominasiyasında “Gümüş Stevie” mükafatına layiq görüldü. 

Yenixeber.org: “Nar”ın mükafata layiq görülən sosial layihəsi nitq və eşitmə məhdudiyyətli şəxslərə yönəlmiş Təlim məktəbi iştirakçıların peşə bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların əmək bazarına inteqrasiyasına və müstəqil fəaliyyət imkanlarının genişlənməsinə dəstək olur. Layihə çərçivəsində 200-dən çox gəncə müxtəlif peşələr üzrə təlim və dəstək göstərilib.

Qeyd edək ki, bu il Beynəlxalq Biznes Mükafatlarına 78 ölkən 3800-dən çox müraciət olub. Layihələr müxtəlif ölkələri təmsil edən, ümumirkibi 250-dən çox  mütəxəssisdən ibarət olan doqquz münsif heyəti tərəfindən dəyərləndirilib.  

"Nar"ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin rəhbəri Hökürimova bildirib: “Eşitmə və nitq məhdudiyyətli şəxslərə yönəlmiş sosial layihələrimiz onların həyat keyfiyyətinin yaxşılaşmasına və cəmiyyətdə bərabər imkanların yaradılmasına mühüm töhfə verir. “Nar”ın inklüziv cəmiyyət qurmaq istiqamətində atdığı strateji addımların beynəlxalq miqyasda tanınması və nüfuzlu mükafatla dəyərləndirilməsi sosial məsuliyyət strategiyamızın uğurla həyata keçirildiyinin göstəricisidir". 

Stevie Awards” 2002-ci ildə ABŞ-da təsis olunub və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin və fərdlərin biznes sahəsindəki nailiyyətlərini qiymətləndirir. Mükafat qalibləri uğurlu nümunə kimi təqdim olunur. Qeyd edək ki, “Nar” bu nüfuzlu mükafata artıq üçüncü dəfə layiq görülür.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam