Redaktor seçimi
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Əvəz Zeynallının məhkəməsindən YENİ XƏBƏR:Elçin Sadıqov məcburi gətiriləcək

Əvəz Zeynallı və Elçin Sadıqov barəsində həbs qərarı verildi

Jurnalist Əvəz Zeynallı ilə bağlı məhkəmə araşdırması davam edir.

Yenixeber.org: Bugünkü iclasda ilk olaraq iş üzrə şahid kimi tanınmış Sadiq Həsənli dindirilib. Məlum olub ki, Həsənli ibtidai istintaqda bir-birinə zidd iki ifadə verib... Əvəz Zeynallını yalnız internet üzərindən tanıdığını deyən şahid, xalası qızı-“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanın pul vəsaitini Elçin Sadıqova verdiyini etiraf etdi. Və pul verilməsi təklifinin də, elə Elçin Sadıqovdan gəldiyini bildirdi...   

Daha sonra bu iş üzrə şahid qismində tanınmış vəkil Elçin Sadıqov və “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanın məhkəmədə dindirilməsi məsələsi müzakirəyə çıxarılıb.

Ötən iclasda Elçin Sadıqov məhkəməyə ərizə göndərərək, eyni iş üzrə təqsirləndirilən şəxs qismində olduğu üçün şahid kimi ifadə vermək istəmədiyini demişdi.

Vəkil ərizəsində yazırdı ki, qanun şəxsə özünə, valideynlərinə, övladına və digər yaxınlarına qarşı ifadə verməmək hüququ tanıyır.

Əvəz Zeynallı və vəkilləri Elçin Sadıqovun məhkəmədə dindirilməməsinə o şərtlə razılaşırlar ki, onun istintaq dövründəki ifadəsi sübutlar siyahısından çıxarılsın. Müdafiə tərəfi əks halda vəkilin məhkəmədə dindirilməsində israrlı olduqlarını deyib.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyəti müdafiə tərəfi ilə razılaşıb. Elçin Sadıqov haqqında məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəməyə gəlməyən digər şahid Mehriban Məmmədovadır. Məhkəmə onun istintaqdakı ifadəsini elan etmək istəsə də, müdafiə tərəfi bununla da razılaşmayıb.

M.Məmmədova hazırda Türkiyədədir. O, ölkəyə gəldikdən sonra məhkəmədə ifadə verəcək.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam