Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“İslami Cihad”ın silah emalatxanası məhv edildi 

“İslami Cihad”ın silah emalatxanası məhv edildi 

İsrail hərbçiləri Qəzza zolağında Fələstinin “İslami Cihad” radikal təşkilatının böyük silah emalatxanasını məhv ediblər.

Yenixeber.org: Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Dünən səhər İDF qüvvələri “İslami Cihad”ın şimal bölgəsinin komandirinə məxsus emalatxananı ələ keçirib. Bu post mühüm silah istehsalı obyekti olub”, - məlumatda deyilir.

Bildirilib ki, İsrail hərbçiləri obyektdə axtarış aparıb və iki yük maşını, həmçinin “Bədr-3” raketlərinin hissələri və pilotsuz uçuş aparatları ilə dolu silah anbarı aşkar ediblər: “Bu emalatxana İsrailin mülki vətəndaşlarına qarşı hücumlar üçün nəzərdə tutulan silahların istehsalı üçün istifadə olunub. Həmçinin terrorçuların İDF tanklarını ələ keçirmək üçün istifadə etdikləri təlim tankı da var idi”.

İsrail ordusunun mətbuat xidmətinin məlumatında qeyd edilir ki, yaxınlıqdakı binadan İsrail bölmələri istiqamətində tank əleyhinə raket atılıb. Buna cavab olaraq radikal qrup helikopterdən hücuma məruz qalıb. Əməliyyat 12 saat çəkib və əməliyyat başa çatdıqdan sonra emalatxana dağıdılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam